Hanna Şturm (; ) — Avstriyalı əmək hüquqları müdafiəçisi və sülh və ictimai fəal. O, 1938-ci ildə Avstriyanın Nasist Almaniyasına birləşdirilməsindən (Anşluss) sonra müqavimət hərəkatının iştirakçısına çevrilib. Şturm sonrakı bir neçə ili Almaniyanın konsentrasiya düşərgələrində keçirib, lakin 30 aprel 1945-ci ildə Ravensbrük həbs düşərgəsindən sağ çıxmağı bacarıb. Bir çoxları isə sağ qala bilməyib. O, 1958-ci ildə başına gələnlər haqqında avtobioqrafik qeydlərini yazsa da, nəşriyyat tapa bilməyib. Lakin bu əsər onun ölümündən iki il əvvəl, 1982-ci ildə nəşr olundu.Hanna Sturm: Die Lebensgeschichte einer Arbeiterin; Vom Burgenland nach Ravensbrück. Verlag für Gesellschaftskritik, 2nd edition, Vienna 1982

Həyatı Mənşəyi və erkən illəri Hanna Şturm Burgenlandın Ayzenştat şəhəri yaxınlığındakı Klinqenbax qəsəbəsində anadan olub. Burgenland 1921-ci ildə Avstriyanın tərkibinə daxil olsa da, Hanna və qardaş-bacıları doğulanda bura Avstriya-Macarıstan imperiyasının Macarıstan hissəsinə aid idi. O, ailənin dörd övladından ikincisi və tək qızı idi. Atası dülgər işləyirdi. Ailə Burgenland xorvatları kimi tanınan azlığın nümayəndələri idi. Hanna cəmi iki qış (oktyabr-mart ayları arası) məktəbə gedə bilib. Macarıstanda icbari təhsil olmadığı üçün səkkiz yaşından tarlalarda, daha sonra isə xidmətçi kimi işləməyə başlayıb. On yaşı olanda atası bir notariusa bir florin ödəyərək onun on iki yaşı olması barədə sənəd düzəltdirdi. Bu, ona yaxınlıqdakı Şattendorfda yerləşən şəkər zavodunda işləmək imkanı verdi. Bir ildən sonra vəzifəsinin artırılması zavodda işləyən digər uşaqların qısqanclığına səbəb oldu və onlar iş gününün sonunda Hannanın boş kofe kolbasını şəkər şərbəti ilə doldurdular. Zavoddan çıxarkən yoxlama zamanı şərbət aşkarlandı və o, oğurluq ittihamı ilə işdən qovuldu. 14 yaşında o, ərazinin digər kiçik şəhəri olan Noyfelddəki "Jute AG" fabrikində işə düzəldi. Yaşıdı olan digər üç uşaqla birlikdə materialların emalında istifadə olunan sənaye paltaryuyan maşınında çalışırdı. Lakin "əməkhaqqı fırıldaqçılığı"na görə keçirilən tətildən sonra yenidən işsiz qaldı. Bir neçə il sonra, 1907-ci ildə fabrik işi tapmaq üçün böyük qardaşı Yuliusla birlikdə Vyanaya yollandı.

Vyana dövrü Vyanada qardaşının vasitəsilə ona şəhərdə ilk işini verən çex ailəsi ilə tanış oldu. Ailənin başçısı həmkarlar ittifaqının üzvü idi. O, Hannaya şəhərin şimalındakı sənaye məhəlləsi olan Floridsdorfdakı "Jute AG" fabrikində iş tapmağa kömək etdi (bu, onun Noyfelddə qovulduğu fabrikin filialı idi). Floridsdorfda o, ilk dəfə sürətlə inkişaf edən fəhlə hərəkatı ilə tanış oldu. 15 mart 1908-ci ildə Hanna Şturm Avstriya Sosial Demokrat Partiyasına (SPÖ) qoşuldu. 8 mart 1910-cu ildə isə həmkarlar ittifaqına üzv oldu və ömrünün sonuna qədər üzvlüyünü qoruyub saxladı. Sosial demokrat baxışlı ev sahiblərinin dəstəyi ilə oxumağı və yazmağı öyrəndi.

1911-ci ildə Vyana ümumi tətillə üz-üzə qaldı. Hanna Şturm şəhər mərkəzindəki "Rinqştrasse" (Ring Boulevard) boyu keçirilən böyük nümayişdə iştirak etdi. Polis nümayişçi fəhlələrlə "sərt" davrandı. Vərəqə payladığı üçün Şturm üzünə güclü zərbə aldı və gözləri qan çanağına döndü. Nümayişdə iştirak etməsi onun "Jute AG"dəki işini itirməsinə və növbəti işsizlik dövrünə səbəb oldu. Müharibə illərində 7 oktyabr 1912-ci ildə qızı Terezianın doğulması Şturmu subay anaların tez-tez üzləşdiyi ayrı-seçkilik və əlavə çətinliklərlə qarşı-qarşıya qoydu. Birinci Dünya müharibəsi zamanı o, Vyananın cənubundakı Blumau (Feliksidorf) qəsəbəsində yerləşən sursat fabrikində işləməyə göndərildi. 1916-cı ilin avqustunda o, təxribat törətməkdə ittiham olunaraq həbs edildi və bir müddət istintaq təcridxanasında qaldı. Onu mərmiləri partlayıcı maddə əvəzinə qumla doldurmaqda ittiham edirdilər. Nəhayət, iş məhkəməyə getsə də, sübut yetərsizliyi səbəbindən iddia rədd edildi. Hanna Şturm onilliklər sonra verdiyi bir müsahibədə xatırlayırdı ki, sursat fabrikində işləmək müharibəyə qarşı çıxmaq üçün praktiki imkanlar yaradırdı: "Müəssisələrin daxilində biz müharibə əleyhinə işi təşkil etmək üçün yollar və vasitələr tapmalı idik. Kiçik qruplar yaradılırdı, bəziləri isə fərdi şəkildə hərəkət edirdi. Məsələn, biz cəbhəyə göndərilən sursat qutularının içinə müharibə əleyhinə mesajlar yazılmış kiçik vərəqələr və ya kağız parçaları qoyurduq. Yaxud müxtəlif hərbi ləvazimatları yararsız hala salırdıq."

Hanna başqa bir iş tapdı. O, qazandığı pulun böyük hissəsini iki qızına baxan anası Annaya göndərirdi. Qızların atası müharibədən geri qayıtmadı. 1919-cu ildə kiçik qızı Relli Vyana xəstəxanasında vəfat edəndə Hanna hələ də onlardan ayrı idi. Bu itki ona dərindən təsir etsə də, o, mübarizəsinə davam etdi. Şturm qadın fəhlələrin iş şəraitinin yaxşılaşdırılması və müharibənin dayandırılması tələbi ilə 1918-ci ildə keçirilən "Yanvar tətili"nin hazırlanmasında iştirak etdi. Bu, onun yenidən həbsinə səbəb oldu, lakin bu dəfə də sübutların azlığına görə tezliklə sərbəst buraxıldı.Hanna Sturm, „…im ‚Nitroglyzerin auf die Schienen legen‘ waren die Polen die Stärksten…“, Interview mit Hanna Sturm über Sabotage in Rüstungsbetrieben im 1. Weltkrieg, in: Hannes Hofbauer/Andrea Komlosy (compiler-editors), Das andere Österreich. Vom Aufbegehren der kleinen Leute. Geschichten aus vier Jahrhunderten, Wien 1987, pp. 142–150, here p. 144.

133 günlük Macarıstan Sovet Respublikası dövrü 1918-ci ilin oktyabr-noyabr aylarında imperiyanın sürətlə dağılması Macarıstanı Avstriyadan ayırdı və indiki Burgenland ərazisi Macarıstan tərəfində qaldı. Sənədlərində Burgenland xorvatı kimi qeyd olunduğu üçün Şturm Vyanada əcnəbi hesab edildi və doğulduğu bölgəyə qayıtmalı oldu. O, 21 mart 1919-cu ildə Bela Kun tərəfindən elan edilmiş Macarıstan Sovet Respublikasının tərəfdarı idi. Onun dəstəyi həmişəki kimi praktiki xarakter daşıyırdı. O, kuryer kimi fəaliyyət göstərir, Macarıstan Qırmızı Ordusu üçün toplanmış külli miqdarda nağd pulu əvvəlcədən təyin olunmuş yerlərə çatdırırdı.

Bir dəfə polis tərəfindən aşkar edilərək həbs olundu və Zalaeqerseqə aparıldı. Üç gündən sonra qaçmağı bacarsa da, Noyfelddəki yeni sərhəd keçid məntəqəsində sərhədçilər tərəfindən tanınaraq yenidən həbs edildi. O, vağzalın ikinci sinif gözləmə zalında "həbsdə" saxlanılırdı. Lakin nəzərə çarpmadan pəncərədən çıxmağa nail oldu və tarlalarla "hələ də Avstriyanın tərkibində olan" Ebenfurta qədər qaçdı.

1919-cu ilin avqust ayının əvvəlində xarici hərbi müdaxilələr nəticəsində Macarıstan Soveti süqut etdi və Şturm ölkədən qaçan liderlər üçün qanunsuz sərhəd keçidləri təşkil etməyə başladı. Onun kömək etdiyi şəxslərdən biri də qısamüddətli dövlətə rəhbərlik etmiş Bela Kun idi. Şturm onu tanımasa da, üç gün öz mənzilində gizlətmişdi. Kun yalnız gedərkən öz kimliyini açıqlamışdı. İki müharibə arasındakı illər 300px|thumb|right|Hanna Şturmun üzv olduğu Avstriya Kommunist Partiyasının broşürü Avqust ayında müasir Burgenlandı təşkil edən bölgə Macarıstandan alınaraq Avstriyaya verildi. Bu vaxta qədər hər iki ölkə artıq beynəlxalq səviyyədə müstəqil dövlətlər kimi tanındı. Şturm nəhayət çətinlik çəkmədən doğma şəhəri Noyfelda qayıda bildi. O, şəhərdəki cut fabrikində iş tapdı və tezliklə müəssisə şurasının üzvü oldu. Şturm müharibədən sonrakı illərdə də siyasi fəaliyyətini davam etdirirdi. O, xüsusilə işəgötürənlər tərəfindən dəfələrlə "tətilqıran" kimi istifadə olunan katolik xorvat qadın həmkarları ilə bağlı xüsusi səy göstərirdi. Bir mənbənin qeyd etdiyi kimi, Hanna Şturm həmin qadın işçiləri sinfi şüura əsaslanan həmrəyliyə gətirməyə nail oldu.

1924-cü ildə o, beynəlxalq Komintern konfransında Avstriya nümayəndəsi kimi iştirak etmək üçün Moskvaya yollandı. Orada o, müxtəlif ölkələrdən olan tanınmış siyasi fəallarla görüşmək imkanı qazandı. Konfransda eyni masanı paylaşdığı yoldaşlar arasında Sun Yatsen və onun gənc həyat yoldaşı da var idi. Hanna sonralar xatırlayırdı ki, o, Sun Yatenin xanımı ilə alman dilində siyasətdən kənar bir çox mövzuda söhbət edə bilib. Həmçinin orada onu "dərhal tanıyan" Bela Kun ilə yenidən görüşdü.

Vətənə qayıtdıqda, 1925-ci ildə qadın işçilərin əməkhaqqı tələbi ilə iki böyük tətili baş vermişdi və Moskvadan qayıdan Şturm artıq iş tapa bilmirdi. O, dərhal ərazidəki işsiz işçiləri təşkilatlandırmağa başladı və Burgenlandın paytaxtı Ayzenştatda İşsizlər Komitəsinin sədri oldu, lakin şəxsən özü çox məhdud maliyyə dəstəyi ilə ağır təzyiq altında idi. O, həmçinin Avstriya Sosial Demokrat Partiyasının (SPÖ) rəhbərliyi ilə də münaqişəyə girdi. Partiyanın sədri Otto Bauer onun soyadı üzərində söz oyunu edərək belə bir qeyd etmişdi: "Wir lassen uns die Sturm nicht über den Kopf wachsen" (təxminən: "Bu fırtınanın bizi aşmasına icazə verməməliyik").

1925-ci ildə (bəzi mənbələrə görə 1927-ci ildə) partiya rəhbərliyi ilə davam edən ixtilaflar zəminində Şturm Sosial Demokrat Partiyasından xaric edildi. O, bu hadisədən Avstriya Kommunist Partiyasına qoşulmaq üçün bir fürsət kimi istifadə etdi. Siyasi fəaliyyəti fabrik sahibləri arasında artıq geniş yayıldığı üçün doğma bölgəsində hələ də iş tapa bilməyən Hanna Şturm, 1929-cu ildə yeniyetmə qızı Tereziya ilə birlikdə Almaniyanın Bremen şəhərinə köçdü və hər ikisi orada toxuculuq fabrikində işə düzəldi. Həmin dövr Almaniyada siyasi qütbləşmənin artdığı bir vaxt idi. İşlədikləri fabrikdə həmin il keçirilən müəssisə şurası seçkilərində seçilən 15 nəfərdən 12-si kommunist idi. Bu nəticədə Hanna Şturmun öz yoldaşlarını "siyasiləşdirməsinin" böyük rolu ola bilərdi. Çox keçmədən ana və qızı Almaniyadan deportasiya edildilər.

Burgenlanda qayıtdıqdan sonra növbəti işsizlik dövrü başladı. 1930-cu ildə əmək birjası Hanna və Tereziya Şturmu bir qrup işsiz mədənçi ilə birlikdə Moskvaya göndərdi. Yarım il sonra onların hər ikisi Moskvada deyil, Leninqraddakı "Rabotnitsa" toxuculuq fabrikində təlimatçı kimi işə başladılar. Onlar üç növbəli iş rejimində şagirdlərə və digər gənc işçilərə əyirmə maşınlarında işləməyi öyrədirdilər.

Avstriyaya qayıdış 1932-ci ilin payızında partiya Hanna Şturmu yenidən Avstriyaya çağırdı. Tereziya isə geridə qalaraq Leninqrad Universitetində tətbiqi iqtisadiyyat üzrə təhsilini davam etdirdi. O, həmçinin beynəlxalq dənizçilər klubunda ofis işində çalışırdı və 1932-ci ildə evləndiyi ilk həyat yoldaşı olan alman dənizçisi ilə də məhz orada tanış olmuşdu. Sonradan həyat yoldaşı həbs edildi, Tereziyanın özü isə ondan bir il sonra saxlanıldı. Ehtimal olunur ki, hər iki halda buna səbəb onların Sovet vətəndaşlığı üçün müraciət etməkdən imtina etmələri idi. Tereziya Komi Muxtar Respublikasının Uxta bölgəsində iyirmi ildən çox daxili sürgün həyatı yaşadı. Buna baxmayaraq, o, sağ qalmağı bacardı və 1957-ci ildə yuqoslaviya əsilli həyat yoldaşı və dörd övladı ilə birlikdə Zaqrebə köçərək orada yeni həyata başladı.

1934-cü ildə Avstriyada faşist hökuməti hakimiyyətə gəldi və bir il əvvəl Almaniyada baş verən hadisələrdən ruhlanaraq ölkəni sürətlə post-demokratik diktaturaya çevirdi. Mənbələr Hanna Şturmun 1930-cu illərin qalan hissəsindəki siyasi fəaliyyəti barədə əsasən susur. Lakin qeyd olunur ki, o, 1933–1937-ci illər arasında dörd dəfə hakimiyyət orqanları tərəfindən dörd gündən iyirmi dörd günə qədər müddətə saxlanılmışdır. Müəyyən bir mərhələdə o, Avstriya Kommunist Partiyasından xaric edilsə də, bunun partiyanın qadağan olunmasından əvvəl və ya sonra baş verdiyi bəlli deyil. Hər halda, o, Sovet İttifaqı Kommunist Partiyasının üzvü olaraq qalırdı.

Ravensbrük dövrü 300px|thumb|right|Ravensbrük konsentrasiya düşərgəsiində qadın barakları