Amerika Birləşmiş Ştatları Dövlət Departamenti 1965-ci il tarixli İmmiqrasiya və Vətəndaşlıq Qanununun (INA) 219-cu maddəsinə uyğun olaraq "Xarici Terror Təşkilatları (XTT)" adlı siyahı ("XTT Siyahısı") tutur. Siyahıda adları göstərilən terror təşkilatlarının əksəriyyəti islamçı ekstremist; qalanları millətçi/separatçı və ya marksist militant təşkiltlar, narkotika kartelləri və ya transmilli cinayətkar qruplardır.
ABŞda qüvvədə olan 13224 nömrəli Sərəncama əsasən Dövlət Departamenti, Amerika Birləşmiş Ştatları Xəzinədarlıq Departamenti ilə birgə, terrorizmə qarşı mübarizə sanksiyalarını fiziki və hüquqi şəxslərə tətbiqetmə səlahiyyətinə malikdir. ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) bu şəxslərin ayrıca siyahısını tutur.
Siyahıya daxilediləbilənlərin müəyyənləşdirilməsi qaydası Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin Terrorizmə və Zorakı Ekstremizmə Qarşı Mübarizə Bürosu (CT) XTT kimi təsbt ediləbilən hədəfləri müəyyən etmək məqsədilə yer kürəsində müvafiq təşkilatların fəaliyyətini daim izləyir. Potensial hədəfləri nəzərdən keçirərkən, Terrorizmə və Zorakı Ekstremizmə Qarşı Mübarizə Bürosu təşkilatın həyata keçirdiyi faktiki hücumları, habelə gələcəkdə mümkün zorakılıq aktı üçün planlaşdırma və hazırlıq aparmaını və ya bu cür aktları həyata keçirmək qabiliyyət və niyyətini araşdırır.
Adın XTT Siyahısına daxil edilməsi və ya ordan çıxarılması qaydaları Hədəf müəyyən edildikdən sonra, Terrorizmə və Zorakı Ekstremizmə Qarşı Mübarizə Bürosu həm gizli və açıq mənbələrdən götürülmüş məlumatlar əlasında təşkilatın XTT kimi təsbit edilməsi üçün qanuna müəyyən edilmiş tələblərə cavab verdiyini sübut edən ətraflı "inzibati arayış" hazırlayır. Dövlət Katibi, Baş Prokuror və Xəzinədarlıq Katibi ilə məsləhətləşmələr nəticəsində təşkilatın XTT kimi təsbit edilməli olduğu qənaətinə gələrsə, bu niyyəti barədə ABŞ Konqresinə bildiriş göndərilərək, 1965-ci il tarixli İmmiqrasiya və Vətəndaşlıq Qanununun tələblərinə riayət edildiyinə və təşkilatın XTT kimi təsbit edilməsinə nəzarət (etiraz) üçün yeddi gün vaxt verilir. Yeddi gün müddətində ABŞ Kongresi etiraz etmədikdə, təşkilatın XTT olmasına dair bildiriş Federal Reyestrə (FR) daxil edilərək, təşkilat XTT kimi tanınır. Adı həmin Reyestrə daxil edilmiş təşkilat bu tarixdən 30 gün ərzində özünün XTT kimi təsbit edilməsindən ABŞ-ın Kolumbiya Federal Dairəsi üzrə Apellyasiya Məhkəməsinə şikayət edə bilər.
2004-cü il tarixli Kəşfiyyat sahəsində İslahat və Terrorçuluğun Qarşısının Alınması Qanununa əsasən, XTT kimi təsbit edilmiş təşkilat adının XTT Siyahısına daxil edilməsindən, təkrar Siyahıyasalma halında isə soununcu təsbitetmə tarixindən, yaxud adının XTT Siyahısından çıxarılmasına dair sonuncu ərizəsi üzrə qərardan iki il keçdikdə, adının XTT Siyahıdan xaric edilməsi barədə ərizə (və ya təkrar ərizə) verə bilər. Həmin ərizəyə müvafiq təşkilatın adının XTT Siyahısında göstərilməsinə əsas vermiş halların artıq mövcud olmadığına dair mötəbər sübutlar əlavə edilməli, dəlillər göstərilməlidir. Təsbitetmə tarixindən beş il müddətində təşkilatın adının XTT Siyahısında olmasına dair araşdırma ərizə əsasında aparılmayıbsa, belə araşdırma Dövlət Katibliyinin təşəbbüsü ilə aparılmalıdır.
Təşkilatın XTT kimi təsbit edilməsi üçün prosedur həmin təşkilatın istənilən yenidən təsbit edilməsi hallarında da tətbiq edilir. Dövlət Katibliyi bu cür təsbitetmə və ya yenidən təsbitetmə üçün əsasların artıq mövcud olmadığını müəyyən etdikdə, yaxud ABŞ milli təhlükəsizliyik maraqları naminə istənilən vaxt təşkilatın adını XTT Siyahısından çıxara bilər. Bu halda təşkilatın XTT kimi təsbit edilməsinə dair prosedurun eynisi tətbiq olunur (yəni arayış hazırlanır, məsləhətləşmələr aparılır, ABŞ Konressinə müraciət olunur, etiraz daxil olmadıqda, ad XTT Siyahısından çıxarılır). Təşkilatın adı XTT Siyahısından həmçinin Konqres və ya səlahiyyətli məhkəmə aktı ilə də çıxarıla bilər.
Təsbitetmə üçün hüquqi meyarlar 2001-ci il tarixli ABŞ Vətənpərvərlik Qanunu ilə İmmiqrasiya və Vətəndaşlıq Qanununun 219-cu bölməsinə edilən dəyişikliklərə əsasən təşkilatın adının Siyahıya daxil edilməsi üçün o:
Xarici təşkilat olmalıdır. INA-nın 212 (a)(3)(B) bölməsində ( 8 USC § 1182(a) (3)(B))* müəyyən edildiyi kimi terror fəaliyyətinə cəlb edilmiş olmalı və ya 1988 və 1989-cu maliyyə illəri üzrə Xarici Əlaqələr üçün Səlahiyyətyoxlama Qanununun 140(d)(2) bölməsində (22 USC § 2656f(d) (2))** müəyyən edildiyi kimi, terrorizmlə məşğul olmalı və ya terror fəaliyyəti və ya terrorizmlə məşğul olmaq qabiliyyət və niyyətində olmalıdır. Təşkilatın terror fəaliyyəti və ya terrorizmlə məşğul olması ABŞ vətəndaşlarının təhlükəsizliyini və ya ABŞ-ın milli təhlükəsizliyini (milli müdafiə, xarici əlaqələr və ya iqtisadi maraqları) təhdid etməlidir.
Hüquqi nəticələri
ABŞ-da və ya ABŞ yurisdiksiyasına tabe olan bir şəxsin XTT-na bilərəkdən "maddi dəstək və ya resurslar" təmin etməsi qanunsuzdur. Burada "Maddi dəstək və ya resurslar" dedikdə Xarici Əlaqələr üçün Səlahiyyətyoxlama Qanununun 18 § 2339 A(b) yarımbəndində "valyuta və ya pul alətləri və ya maliyyə qiymətli kağızları, maliyyə xidmətləri, yaşayış yeri, təlim, ekspert məsləhəti və ya yardımı, gizli (konspirativ) evlər və ya mənzillər, saxta sənədlər və ya şəxsiyyət vəsiqəsi, rabitə avadanlığı, qurğular, silahlar, öldürücü maddələr, partlayıcı maddələr, personal, nəqliyyat və dərman və ya dini materiallar istisna olmaqla digər fiziki aktivlər" başa düşülür). XTT-nin əcnəbi olan nümayəndələri və üzvləri ABŞ-a buraxıla bilməz və qanunla müəyyən hallarda ABŞ-dan məcburi çıxarıla bilərlər (bax: Xarici Əlaqələr üçün Səlahiyyətyoxlama Qanunu, 8 USC §§ 1182 (a)(3)(B)(i)(IV)-(V), 1227 (a)(1)(A)). ABŞ maliyyə institutu biləndə ki, onun sahib olduğu və ya nəzarətində olan maliyyə vəsaitlərində XTT və ya onun agentinin maraqları var, o, həmin pul vəsaitləri üzərindən öz sahibliyini və nəzarətini saxlamaqla (itirmədən) bu barədə ABŞ Xəzinədarlıq Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinə məlumat verməlidir.
Təsbitetmənin digər təsirləri ABŞ Dövlət Departamenti aşağıdakı müddəaları təsbitemənin əlavə faydalı təsirləri kimi qiymətləndirir:
Terrorizmin maliyyələşdirilməsinin qarşısını almaq və digər ölkələri də buna təşviq etmək səylərini dəstəkləyir; Beynəlxalq səviyyədə terrorçu təşkilatlar kimi tanınan şəxsləri damğalayır və onları təcrid edir; XTT-na edilən ianələrin və ya töhfələrin, eləcə də onlarla iqtisadi əməliyyatların qarşısını alır; terror təşkilatların haqqında ictimaiyyəti maaroifləndirir və konkret XTT barədə bilgiləndirir; digər dpvlətlərə ABŞ-ın XTT ilə bağlı qayğılarını çatdırır.
Qüvvədə olan 2001-ci tarixli Silahlı Qüvvələrin İstifadəsinə İcazə Qanununa əsasən hər hansı Təşkilatın XTT kimi tanınması ona qarşı sərt döyüş vasitələrinin təbiqinə imkan verir.
XTT Siyahısı aşağıdakı təşkilatlar XTT kimi təsbit ediliblər: