Dünya işləri () — Özbəkistanın xalq yazıçısı Otkir Həşimovun qələminə məxsus memuar-povest. Böyük və kiçik hekayələrdən ibarət olan əsər uzun illər ərzində yazılmış və tam halda 2005-ci ildə "Şərq" (Sharq) nəşriyyatı tərəfindən çap edilmişdir. Sonradan digər nəşriyyatlar tərəfindən də dəfələrlə təkrar nəşr olunmuşdur.
O cümlədən, 2015-ci ildə "Yangi asr avlodi" nəşriyyatı tərəfindən 336 səhifəlik sərt cilddə nəşr edilmişdir. Həmin il "Meriyus" nəşriyyatı tərəfindən 272 səhifədə, 3000 nüsxə tirajla sərt cilddə çap olunmuşdur. Bu nəşrin üz qabığında kənd küçəsindəki evlər və ədibin anası təsvir edilmişdir. Kitabın arxa qapağında ədibin aşağıdakı sözləri yer almışdır: "Dünyada heç bir sərhəd tanımayan və günəş kimi fasiləsiz nur saçan sehrli bir güc var. Bu — Ana mehridir! Allah Ananı belə yaratmışdır!"
Otkir Həşimov əsərini 2005-ci il nəşrində belə xarakterizə etmişdir: "Bu povest böyük və kiçik novellalardan ibarətdir, lakin onların hamısında ən əziz insan — anamın siması var. Buradakı insanların hamısını öz gözümlə görmüşəm. Yalnız bəzilərinin adı dəyişdirilib, vəssalam. Bu insanların taleyi də hansısa cəhətdən anamla bağlıdır".
Özbəkistanın xalq yazıçısı Otkir Həşimov XX əsr Özbəkistan ədəbiyyatında öz yeri və üslubu olan ədibdir. Onun əsərləri sadəliyi və xalqçılığı ilə seçilir. "Dünya işləri" əsəri də məhz belə xalq ruhlu əsərlər silsiləsinə daxildir. Əsər 2024-cü ildə tərcüməçi Mark Riz tərəfindən ingilis dilinə çevrilmişdir.
Otkir Həşimovun qırxdan çox əsəri nəşr olunmuşdur. Bu kitabların ümumi tirajı 2 milyon nüsxədən çoxdur. Yazıçının əsərləri bir çox xarici dillərə tərcümə edilmişdir.https://kitoblardunyosi.uz/dunyoning-ishlari
Əsər haqqında Canlı və həyati təsvirlər, özbəksayağı yanaşma və xarakterlər, qəhrəmanlar arasındakı dialoqlar mütaliənin təsirini daha da gücləndirir. Eyni zamanda, əsərdə həmin dövrün hadisələri geniş şəkildə bəyan edilmişdir. Povest ədibin uşaqlıq dövründəki hadisələr üzərində qurulub. Sovet dövrünün adi kənd ailələri və insanların həyat tərzi yazıçının anasının obrazı ilə vəhdətdə təsvir olunmuşdur. Otkir Həşimov bu kiçik əsərində "dünyanın işlərini" mücəssəmləşdirə bilmişdir.
Özbəkistanın xalq yazıçısı Səid Əhməd povesti belə xarakterizə etmişdir:
İstinadlar
Kateqoriya:2005-ci ildə yazılan ədəbi əsərlər