"Dəcəl bala" () — Özbəkistan yazıçısı və şairi Qafur Qulamın qələminə məxsus povest. Müəllif əsəri 1936-cı ildə yazmışdır. Povest bir neçə dəfə nəşr edilmişdir. Əsərdə sənətkarın uşaqlığı və XX əsrin əvvəllərindəki Daşkənd həyatı təsvir olunmuşdur.
Povest kəskin satirik əsər olub, real hadisələr və şəxslərin taleyi üzərində qurulmuşdur. Əsərin mərkəzində yazıçının həyatından götürülmüş bir çox faktlar dayansa da, o, avtobioqrafik xarakter daşımır. Burada real tarixi faktlara nisbətən bədii təxəyyül və fantaziya daha güclüdür.
Əsər F. Şayhutdinova (1968) və A. Naumov (1970) tərəfindən rus dilinə, V. Qrimiç (1991) tərəfindən isə ukrayna dilinə tərcümə edilmişdir.
1977-ci ildə povestin motivləri əsasında "Dəcəl bala" filmi çəkilmişdir. Film həm özbək, həm də xarici kino tənqidçilərinin rəğbətini qazanmışdır. 2023-cü ildə BBC tərəfindən nəşr olunan "Bütün zamanların ən yaxşı 100 uşaq kitabı" () siyahısına daxil edilmişdir. Siyahı dünyanın müxtəlif ölkələrindən olan 177 tənqidçi, yazıçı və redaktorun rəyi əsasında formalaşdırılmışdır. Həmin il Qafur Qulamın anadan olmasının 120 illiyi münasibətilə ədibin adını daşıyan nəşriyyat tərəfindən povestin yeni özbəkcə nəşri çap olunmuşdur.
Süjeti Povestdə "dəcəl bala" — Qaravoy haqqında hekayət edilir. Qaravoy evindən qaçaraq öz hazırcavablığı, zəkası və şıltaqlığı sayəsində müxtəlif macəralarla qarşılaşır. Dəcəl bala bir qrup oğruya, hər sözə "sonra nə oldu?" deyə cavab verən varlıya və narkoman mollalara rast gəlir.
Personajlar Qaravoy — dəcəl bala Aman — Qaravoyun dostu Qədir əmi — samovarçı Sultan — oğru Şərifcan — molla Sarıbəy – varlı (bəy) Rəhmətulla — sərkar Hacı baba — molla
Mövzu və üslub Əsərdə XX əsrin əvvəllərindəki Daşkənd həyatı, xalqın sosial durumu və məişəti satirik bir dillə təsvir olunur. Müəllif baş qəhrəman Qaravoyun macəraları vasitəsilə dövrün mənzərəsini yaradır.
Ekranlaşdırılma Qafur Qulamın qissəsi əsasında 1977-ci ildə "Özbəkfilm" kinostudiyasında eyniadlı bədii film çəkilmişdir.
İl Film Rejissor Rollarda 1977 Dəcəl bala () Damir Səlimov Abduraim Abduvahobov, Həmzə Ömərov
İstinadlar
Xarici keçidlər „Shum bola“ Ziyouz saytida