Tereza Şlezinger (; ) — Avstriyalı siyasətçi və feminist. Həyatı Tereza Şlezinger 6 iyun 1863-cü ildə Avstriya imperiyasının paytaxtı Vyanada, yuxarı orta təbəqəyə məxsus yəhudi ailəsində anadan olub. Onun bacı-qardaşları arasında ilk psixoloqlardan biri olan Emma Ekşteyn, yazıçı Qustav Ekşteyn və universal alim (polimat) Frederik Ekşteyn var idi. O, 24 iyun 1888-ci ildə Viktor Şlezinger ilə ailə qurub və bir il sonra qızı Anna dünyaya gəlib. Doğuş Şlezinger üçün çox ağır keçib, sağ ayağı qismən iflic olduğu üçün bir neçə il təkərli kürsüdən istifadə etmək məcburiyyətində qalıb.

Həyat yoldaşı 23 yanvar 1891-ci ildə vəfat edib. 1905-ci ildən etibarən o, anası, qızı, bacısı Emma və qardaşı Qustav ilə birlikdə, onların 1920-ci illərdəki vəfatına qədər bir yerdə yaşayıb. Qızının 1920-ci ildəki intiharı Şlezingerə dərindən təsir edib. 1938-ci ildə Nasist Almaniyasının Avstriyanı ilhaqından (Anşluss) sonra o, Fransaya qaçıb. Ömrünün qalan hissəsini Bluada sanatoriyada keçirmiş və 5 iyun 1940-cı ildə orada vəfat edib.Hauch, pp. 479–82 Fəaliyyəti 1894-cü ildən başlayaraq Şlezinger Avstriya feminist hərəkatına qoşulub, Ümumavstriya Qadınlar Birliyinə (almanca qısaltması: AÖFV) üzv olub və 1894-cü ildə Vyanalı muzdlu qadın işçilərin vəziyyətinə dair keçirilən sorğuda (Enquête) iştirak edib. 1897-ci ilin sonunda o, AÖFV-ni tərk edərək Avstriya Sosial Demokrat İşçi Partiyasına qoşulub. Sonrakı illərdə Şlezinger qadınları Sosial Demokratiya ideyalarına cəlb etməyin ən yaxşı yolları ətrafında gedən müzakirələrin mərkəzində dayanırdı. Onun mövqeyi aydın idi, həmkarlar ittifaqı təşkilatlarının tələbləri qadınların siyasi təhsili və qadın səsvermə hüququnun təmin edilməsi kimi Şlezinger üçün eyni dərəcədə vacib olan məsələləri əhatə etmirdi. Bundan əlavə, əgər sosialist layihəsi çərçivəsində insanlar arasında yeni bir həmrəylik forması inkişaf etdirilməli idisə, ilk növbədə 'gündəlik' həyata və şüura aid mədəni məsələlərə siyasi maraqlar kimi yanaşmaq lazım olurdu.Hauch, p. 480

1919-cu ildən 1923-cü ilə qədər o, Milli Şuranın (Nationalrat) üzvü kimi fəaliyyət göstərib. Daha sonra Federal Şuraya (Bundesrat) qoşulub və 5 dekabr 1930-cu ildə bu vəzifədən istefa verib.Hauch, p. 480 İstinadlar

Xarici keçidlər

Kateqoriya:Avstriya aktivistləri