Fransalı Rene (; ; ) — Fransa kralı XII Lüdovikin qızı, III Modena, Reccio və Ferrara hersoginyası. Jan Kalvinin və dini reformasiyanın ən güclü dəstəkçisidir.

1510-cu ildə Blua qəsrində dünyaya gəldi. Atası Fransa kralı XII Lüdovik, anası isə Bretan hersoginyası Bretanlı Annadır. 1528-ci ilin aprelində Modena, Reccio və Ferrara hersoqu I Alfonsonun oğlu və varisi Erkole d'Este ilə evləndirildi. Cütlüyün bu nigahdan 5 övladı doğuldu.

Anna d'Este (1531-1607), Quiza hersoginyası II Alfonso d'Este Lukresiya Mariya d'Este (1535-1598), Urbino hersoginyası Elyanora d'Este (1537-1581) Luici d'Este (1538-1586), Roma yepiskopu

1534-cü ildə ərinin taxta çıxmasıyla hersoginya ünvanı aldı. 1536-cı ildə məşhur teoloq Jan Kalvini Ferraraya dəvət etdi və onun burada keçirdiyi bir neçə həftə ərzində kalvinizmlə tanış oldu. Qonşu bölgələrdəki məşhur protestantlarla məktublaşdı və bu bölgədəki katolik gücləri narahat etdi. Nəticədə, 1545-ci ildə Ferrarada inkvizisiya məhkəməsi quruldu. Qısa zamanda bir çox protestant mühakimə edilərək edam olundu. Hersoginya Fransalı Renenin bu dini fəaliyyətindən narahat olan əri isə onu Fransa kralı II Henriyə şikayət etdi. Dərhal həbs olunan hersoginyaya, tövbə etmədiyi təqdirdə bütün mal-mülkünün müsadirə ediləcəyi bildirildi. 23 sentyabr 1554-cü ildə gizli fəaliyyətlərini etiraf etdi.

Ərinin 1559-cu ildə ölümünün ardından, oğlu II Alfonso taxta çıxdı. Oğlu isə ilk iş olaraq Roma papası IV Piyin təzyiqiylə anasını Fransaya geri göndərdi. 1574-cü ildə burada vəfat etdi.

Mənbə

Ədəbiyyat

İstinadlar