Radiogenomika — termini iki kontekstdə istifadə olunur: ya radiasiyaya cavabla əlaqəli genetik variasiyanın öyrənilməsi (radiasiya genomikası), ya da xərçəngin təsvir xüsusiyyətləri ilə gen ifadəsi arasındakı əlaqənin araşdırılması (təsvir genomikası).
Radiasiya genomikası
Radiasiya genomikasında radiogenomika termini radiasiya terapiyasına cavabla əlaqəli genetik variasiyanın öyrənilməsini ifadə edir. Genetik variasiyalar, məsələn tək nukleotid polimorfizmi (SNP), xərçəng xəstələrində radiasiya terapiyasından sonra toksiklik inkişaf riski ilə əlaqədə tədqiq edilir. Bu termin həmçinin şişin radiasiya terapiyasına cavabının genomik əsaslarının öyrənilməsi kontekstində də istifadə olunur.
Radiogenomik prinsiplərin klinik tətbiqlərindən biri genomik olaraq tənzimlənmiş radiasiya dozası (GARD) modelidir ki, bu model şişin gen ifadəsi imzalarından istifadə edərək radiosensitivliyi (radiasiyaya həssaslığı) qiymətləndirir.
Radiogenomika termini ilk dəfə 2002-ci ildə Andreassen və həmkarları tərəfindən farmakogenomika anlayışına analoji olaraq irəli sürülmüşdür; farmakogenomika dərmanlara cavabla əlaqəli genetik variasiyanı öyrənir.
Radiogenomika Konsorsiumu
2009-cu ildə çoxmərkəzli tədqiqat əməkdaşlığını təşviq etmək və genetik variantlarla radiasiya terapiyasına cavab arasındakı əlaqələri tədqiq etmək etmək məqsədilə Radiogenomika Konsorsiumu (RGC) yaradılmışdır.
Radiogenomika Konsorsiumu xərçəng epidemiologiyası konsorsiumudur və ABŞ Milli Sağlamlıq İnstitutlarının tərkibində olan Milli Xərçəng İnstitutunun Epidemiologiya və Genetika Tədqiqat Proqramı tərəfindən dəstəklənir.
RGC tədqiqatçıları prostat, süd vəzi, ağciyər, baş və boyun və digər xərçəng növlərində radiasiya toksikliyi ilə əlaqəli genetik variasiyaları müəyyən edən çoxsaylı klinik tədqiqatlar həyata keçirmişdirlər.
Keçirilmiş görüşlər
2009 — Mançester, Birləşmiş Krallıq (konsorsiumun təklifi) 2010 — Nyu-York, ABŞ 2011 — London, Birləşmiş Krallıq 2012 — Boston, ABŞ 2013 — Kembric, Birləşmiş Krallıq (REQUITE layihəsinin başlanğıcı) 2014 — Heydelberq, Almaniya 2015 — Monpelye, Fransa 2016 — Maastrixt, Niderland 2017 — Barselona, İspaniya 2018 — Mançester, Birləşmiş Krallıq 2019 — Roçester, ABŞ 2020 — Onlayn 2021 — Onlayn 2022 — Qroningen, Niderland 2023 — Mançester, Birləşmiş Krallıq 2024 — Orhus, Danimarka 2025 — Barselona, İspaniya
Təsvir genomikası
Radioloji görüntülər xəstəliklərin diaqnostikasında geniş istifadə olunur: toxuma görüntülənməsi toxuma patologiyası ilə əlaqələndirilir. Genomik məlumatların, o cümlədən DNT texnologiyaları,m-RNA məlumatlarının əlavə edilməsi hüceyrə səviyyəsində genomika ilə toxuma səviyyəli görüntüləmə arasında yeni əlaqələrin yaradılmasına imkan yaradır. Bu yanaşma xüsusilə fərdiləşdirilmiş tibbdə mühüm rol oynayır, çünki o, şişlərin molekulyar xüsusiyyətlərini qeyri-invaziv üsullarla qiymətləndirməyə və müalicə strategiyalarını daha dəqiq planlaşdırmağa imkan verir.
İstinadlar
Ədəbiyyat siyahısı
https://epi.grants.cancer.gov/radiogenomics/
Kateqoriya:Radiologiya Kateqoriya:Genomika