thumb|Çarli Çaplinin Adolf Hitleri parodiyası

thumb|Vikipediyanın parodiyası olan Frikipediyanın loqosu

Parodiya ( — "yanında", "başqa", "qarşı" + — "mahnı") — ədəbiyyatda və digər incəsənət növlərində (kino, teatr, bəzən musiqi və rəngkarlıq) konkret bir mətnin üslubuna, mövzusuna və ümumilikdə poetikasına yönəlmiş bədii əsərin və ya əsərlər qrupunun komik təqlidi.

Parodiya orijinalın xarakterik xüsusiyyətlərini mübaliğəli formada yenidən canlandırır. Adətən o, qəsdən mətnin üslub və mövzu planlarının uyğunsuzluğu üzərində qurulur: məsələn, "aşağı" (adi) mövzu "yüksək" üslubda təsvir edilir ("burlesk"), yaxud "yüksək" mövzu "aşağı" üslubda təqdim olunur ("travesti"). Parodiya demək olar ki, incəsənətin bütün növlərində mövcuddur: ədəbiyyat, kinematoqrafiya, musiqi, təsviri sənət, estrada və sirk sənəti.

Xarakterik xüsusiyyətləri

Parodiya orijinal mətnin yaradıcılıq manerasını, obrazlar sistemini və kompozisiya strukturunu təqlid etməklə üslubun mövzuya uyğunsuzluğundan ibarətdir. Parodiya obyekti həm bədii əsər, həm də elmi iş, konsepsiya, ənənə və ya dövlət siyasəti ola bilər.

Stilizasiya və adi təqliddən fərqli olaraq, parodiya orijinal əsəri dəyişdirərək ona qəribə, qeyri-ciddi məna verir. Buna görə parodiya bəzən "anti-janr" kimi də müəyyən edilir. Mistifikasiyadan fərqi isə ilkin mənbəyə aşkar istinadların olmasıdır. Parodiyanın qavranılması parodiya olunan mətnin tanınmasını tələb edir. Parodiya həmişə ona nisbətdə ikincili xarakter daşıyır.

İstinadlar

Ədəbiyyat siyahısı

Elices Agudo, Juan Francisco (2004) Historical and theoretical approaches to English satire

. From Ways of Reading, 5th edition, ed. David Bartholomae and Anthony Petroksky (New York: Bedford/St. Martin's, 1999 Sangsue, Daniel (2006) La parodia Sheinberg, Esti (2000) Irony, Satire, Parody and the Grotesque in the Music of Shostakovich Stavans, Ilan and Jesse H. Lytle, Jennifer A. Mattson (1997) Antiheroes: Mexico and its detective novel Ore, Johnathan (2014) Youtuber Shane Dawsons fans revolt after Sony pulls his Taylor Swift parody video

Əlavə ədəbiyyat siyahısı

Xarici keçidlər

Byaco D’Ancelo. Orta əsrlər roman ədəbiyyatında parodiya, 1250—1350. Moskva, 2003. (fraqmentlər) "Parodiya" məqaləsi 1934-cü ilin "Ədəbiyyat Ensiklopediyası"nda.

Kateqoriya:Parodiya Kateqoriya:Satira Kateqoriya:Teatr janrları Kateqoriya:Ədəbiyyat terminləri Kateqoriya:Teatr terminləri