Bavariyalı Amaliya Avqusta (; ) — Bavariya kralı I Maksimilyanın qızı, Saksoniya kraliçası.

1801-ci ildə Münxendə dünyaya gəldi. Atası Bavariya kralı I Maksimilyandır. Üstəlik, Prussiya kraliçası olan Yelizaveta Lüdovikanın əkiz bacısıdır. 21 noyabr 1822-ci ildə Saksoniya kralı I Fridrix Avqustun qardaşı oğlu Şahzadə Conla evləndirildi. Cütlüyün bu nigahdan 9 övladı doğuldu.

Mariya Avqust (1827-1857), vərəmdən vəfat etdi. Albert, Saksoniya kralı Mariya Yelizaveta (1830-1912) Fridrix Avqust (1831-1847) Georq, Saksoniya kralı Mariya Sidoniya (1834-1862) Mariya Anna (1836-1859) Mariya Marqarita (1840-1858) Mariya Sofiya (1845-1867)

İki əmisinin də (I Fridrix Avqust və Antoni) varissiz ölümünün ardından, əri Şahzadə Con 1854-cü ildə taxta çıxdı.

Mənbə

Ədəbiyyat

Petermann, Karl: Der König Johann und die Königin Amalie von Sachsen, sowie die Feier ihres goldenen Ehejubiläums; in: Erzählungen. O.Author, o.J.

İstinadlar

Kateqoriya:Almanlar Kateqoriya:Əkiz insanlar