Təfsir əs-Süləmi () və ya əsl adı ilə Həqaiqut-təfsir () — Məhəmməd ibn Hüseyn əs-Süləminin Quran təfsiri.

Əsər "Həqaiqut-təfsir" sufilərin Quran əyaləri ilə bağlı şərhlərini özündə birləşdirən ilk əhatəli təqdiqatdır. Əsər adətən sufilərin, xüsusilə də Xorasan melamet məktəbinin üzvlərinin baxışlarını ehtiva edir. Əsərdə, bəzi ifrat sufilərin Quranın zahiri mənaları ilə Əhli-Sünnənin etiqad və təcrübələrinə zidd olan mövqelərini xatırladan cəsur təvilərə sapmadan, Quranın işari və batini mənalarına üstünlük verilmişdir.

Məhəmməd ibn Hüseyn əs-Süləmi, Məhəmməd peyğəmbərin, Əli, Abdullah ibn Abbas kimi bəzi səhabələrə isnad edilən rəvayətlərə əlavə olaraq, Cəfər əs-Sadiq, Abdullah ibn Mübarək, Zün-Nun əl-Misri, Səhl ibn Abdullah ət-Tüstəri, Əbu Səid əl-Hərraz, Cüneydi-Bağdadi, Əbül-Abbas ibn Əta, Əbu Bəkir əl-Vasiti, Həllac əl-Mənsur, Əbül-Hüseyn ən-Nuri və Əbu Bəkr Şibli kimi tanınmış şəxslərin də adlarını qeyd edərək yetmiş dörd sufidən baxışlar təqdim etmişdir.

Ayələrin açıqlanması zamanı əsərdə bəzən təsaəvvüf əhlinə aid hekayə və mənqibələr də nəql edilir; lakin fiqh ilə əlaqəli ayələrə xüsusi diqqət yetirilmir və hökm ayələri şərh edilmir. Əsərdə nadir də olsa, fiqh üsulu və dil qaydaları ilə bağlı bəzi izahlar da vardır.

"Əl-Lüma" əsəri "Həqaiqut-təfsir"in mənbələrindən biridir. "Həqaiqut-təfsir" isə "Lətaifül-işarət", "Ruhul-bəyan"ı və başqa əsərlərə mənbəlik etmişdir.

"Həqaiqut-təfsir"də vəhdəti-vücud düşüncəsinə yer verilməmişdir. Hələ tam olaraq nəşr olunmamış və təhqiq edilməmiş əsərin müxtəlif yerlərdə nüsxələri mövcuddur. Ən qiymətli əlyazmaları isə Süleymaniyyə (Fətih, № 260, 261, 262) və Hacı Səlim Ağa (№ 77) kitabxanalarında saxlanır.

Həmçinin bax Sünni kitablarının siyahısı

İstinadlar