thumb||Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva thumb||Mehriban Əliyeva Mehriban Əliyevanın UNESCO-nun Xoşməramlı Səfiri kimi fəaliyyəti — 2004-cü ildən 2022-ci ilə qədər davam etmişdi. Məqalədə Azərbaycan — UNESCO münasibətlərinin inkişaf etdirilməsi sahəsində Azərbaycanın Birinci Vitse-Prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın gördüyü işlər təqdim olunub.
Haqqında Mehriban Əliyeva Azərbaycanın zəngin mədəniyyətinin qorunması, öyrənilməsi və tədqiqində xidmətlərinə görə UNESCO tərəfindən 2004-cü ilin sentyabr ayında UNESCO-nun şifahi və musiqi ənənələri sahəsində Xoşməramlı Səfiri adına layiq görülmüşdür.Mehriban Aliyeva designated UNESCO Goodwill Ambassador for Oral and Musical Traditions , UNESCO Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu bu missiyanı daha da genişləndirərək elm, təhsil, mədəniyyət və digər sahələrin inkişafına köməklik göstərir.UNESCO-AZƏRBAYCAN / YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva (2004-2022) Fond beynəlxalq miqyasda davamlı inkişafa dəstək olaraq sülh quruculuğu istiqamətində xidmətlərini davam etdirir. Mehriban xanım Əliyevanın səyləri nəticəsində Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun müvafiq siyahılarında yer almaqdadır.Xoşməramlı səfir Mehriban xanım Əliyevanın fəaliyyəti
2004-cü ilin may ayından Mehriban xanım Əliyeva Heydər Əliyev Fonduna rəhbərlik edir. O, ilk növbədə ölkəsinə xidmət edir, onun tərəqqisi üçün çalışır, gələcəyini düşünür.Mehriban Aliyeva’s activities are considered as an example for Goodwill Ambassadors in UNESCO
Mehriban xanım Əliyeva diqqətini ehtiyacı olan uşaqlara qayğı, təhsil, o cümlədən İslam dünyasında görülən işlərə dəstək kimi müxtəlif sahələrdə həyata keçirilən genişmiqyaslı fəaliyyətlərə yönəldiyinə görə, UNESCO-nun Xoşməramlı səfirindən əlavə, 2006-cı ilin noyabrın 24-də ISESCO-nun xoşməramlı səfiri adına layiq görülmüşdür.
Tarixi Azərbaycan Respublikası 1992-ci il iyunun 3-də UNESCO təşkilatına üzv dövlət kimi qəbul edilmişdir. 1993-cü ildə əlaqələr daha da möhkəmləndi.
13 avqust 2004-cü il tarixində UNESCO-nun Baş direktoru Koişiro Matsuura Azərbaycanın birinci xanımı, Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri Mehriban xanım Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri fəxri adı verilməsi ilə əlaqədar məktub ünvanlamışdır.
9 sentyabr 2004-cü il tarixində Parisdə, UNESCO-nun Baş qərargahında Mehriban xanım Əliyevaya Xoşməramlı səfir adı verilməsi ilə bağlı mərasim təşkil olunmuşdur.
Dünya mədəniyyətinə qayğı və diqqətinə, həmçinin Azərbaycan mədəni irsinin yaşadılması sahəsindəki töhfələrinə görə Mehriban xanım Əliyeva 2008-ci ildə keçmiş baş direktor Koişiro Matsuura tərəfindən gümüş medalla, 2010-cu ildə baş direktor İrina Bokova tərəfindən Qızıl Motsart medalı ilə təltif edilmişdir.
Mehriban xanım Əliyeva UNESCO-nun xoşməramlı səfiri olduqdan sonra UNESCO - Azərbaycan əlaqələri daha sürətlə inkişaf etdi və Azərbaycanın maddi və qeyri-maddi mədəni irs nümunələri UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir.
Xoşməramlı Səfir kimi fəaliyyətinin xronikası 7 oktyabr 2004-cü il tarixində Mehriban xanım Əliyeva İçərişəhər, Qız qalası və Şirvanşahlar sarayı abidələri ilə bağlı "Dəyirmi masada" iştirak etmək üçün Bakıya gələn nümayəndə heyətini qəbul etmişdir. 15 dekabr 2004-cü il — Tatarıstan paytaxtı Kazan şəhərində keçirilmiş Qeyri-Maddi Mədəni İrsin Qorunmasına dair UNESCO-nun regional seminarında iştirak və çıxış etmişdir. 3 mart 2005-ci il — UNESCO-nun Parisdə keçirilən Xoşməramlı səfirlərin illik iclasında iştirak etmişdir, UNESCO-nun baş direktoru Koişiro Matsuura Mehriban xanımı qəbul etmişdir. 13 may 2005 — UNESCO-nun Azərbaycanda səfərdə olan ekspertləri Kristof Kasobonu və Dendev Badarçı qəbul etmişdir. 24 avqust 2005 — "Gülüstan" sarayında təşkil olunmuş "UNESCO-Azərbaycan: gələcəyə körpü" mövzusunda keçirilən konfransı açmışdır. Mehriban Əliyeva Bakıda səfərdə olan nümayəndə heyətinı qarşılamışdır. Qonaqlar İçərişəhər, Şirvanşahlar sarayı, “Atəşgah” məbədi, Qobustan Dövlət Tarix muzeyi ilə tanış olmuşdular. Koişiro Matsuura, onun xanımı, eləcədə UNESCO-nun xoşməramlı səfirlərinin şərəfinə təşkil olunmuş konsertdə iştirak etmişdir. 13 sentyabr 2005-ci il — Parisdə UNESCO-nun Baş qərargahında görkəmli Azərbaycan alimi akademik Y. Məmmədəliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş təntənəli tədbirdə iştirak etmişdir. 16 sentyabr 2005-ci il — UNESCO-nun 60 illik yubileyi ilə bağlı Parisdə keçirilən tədbirdə iştirak etmişdir. 5-11 mart 2006-cı il — Qobustan Dövlət Bədii-Tarixi Qoruğunun UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı Heydər Əliyev Fondunun dəstəyi ilə iki Norveç ekspertinin Azərbaycana səfəri təşkil edilmişdir. 15 mart 2006-cı il — Parisdə Xoşməramlı səfirlərin illik iclasında çıxış etmişdir. 26 iyun 2006-cı il — Parisdə “Qeyri-Maddi Mədəni İrsin Qorunması haqqında” Konvensiyanı ratifikasiya etmiş ölkələrin Baş Assambleyasının ilk iclasında çıxış etmişdir. 21 oktyabr 2006-cı il — UNESCO-nun 60 illiyinə həsr olunmuş "Sivilizasiyalararası dialoq" həftəsi çərçivəsində "Azərbaycan: mədəniyyətlərin və sivilizasiyaların qovuşuğunda" adı altında keçirilən Azərbaycan günü ilə bağlı tədbirdə iştirak etmişdir. 12 mart 2007-ci il — Qətərdə UNESCO və Qətərin Təhsil Fondu tərəfindən təşkil olunluş “Ərəb dövlətlərində savadlılıq: tərəfdaşlığın qurulması və yeni yanaşmaların təşviqi mövzusunda regional konfransda iştirak etmişdir. 3 aprel 2007-ci il — UNESCO-nun Baş qərargahında keçirilən Xoşməramlı səfirlərin illik hesabatı ilə bağlı tədbirdə iştirak və çıxış etmişdir, İordaniya kraliçası, UNESCO-nun Xoşməramlı səfiri Raniyə əl-Abdullah ilə görüşmüşdür. 18 iyun 2007-ci il — UNESCO, Azərbaycan Hökuməti və Heydər Əliyev Fondu arasında Azərbaycanda peşə təhsilinin inkişafını nəzərdə tutan layihənin icra planına dair saziş imzalanmışdır. 2 noyabr 2007-ci il — Mehriban xanım Əliyevanın himayəsi ilə Bakıda "Gənclər sivilizasiyaların alyansı naminə" beynəlxalq konfrans keçirilmişdir. Konfransın sonunda "Nəsillərarası Alyans" adlı Bakı Bəyannaməsi qəbul edilmişdir. 14 may 2008-ci il — Bakıda "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tədbiqinə dəstək" mövzusunda UNESCO-nun regional konfransında iştirak və çıxış etmişdir. Konfrans çərçivəsində İordaniya şahzadəsi, UNESCO-nun Xoşməramlı səfiri xanım Ferial ilə və İslandiyanın sabiq prezidenti, UNESCO-nun Xoşməramlı səfiri xanım Viqdos Finnboqadottir ilə görüşmüşdür. 20 may 2008-ci il — UNESCO-nun xoşməramlı səfirlərinin illik hesabat toplantısında iştirak və çıxış etmişdir. Heydər Əliyev Fondunun dəstəyi ilə UNESCO-nun Baş qərargahında xoşməramlı səfirlərin illik yığıncağı çərçivəsində ölkəmizin gənc istedadlarının “Azərbaycanın xoşməramlı mələkləri” adlı konsert proqramı təqdim edilmişdir. 10 iyun 2008-ci il — Bakıda "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda iki günlük Beynəlxalq forumda iştirak etmişdir. 11 iyun 2008-ci il — Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda beynəlxalq forum Bakı bəyannaməsinin qəbul edilməsi ilə başa çatmışdır. 24 sentyabr 2008-ci il — Bakıda keçirilən Dünya Gənclərinin IV Məşğulluq Sammitində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Yunanıstanın Uşaq və Ailə Fondu Qeyri-Hökumət Təşkilatının prezidenti, UNESCO-nun Xoşməramlı səfiri Marianna Vardinnoyanis ilə görüşmüşdür. 29 iyul 2010-cu il — UNESCO-nun Baş direktoru xanım İrina Bokovayla Beynəlxalq Muğam Mərkəzi ilə tanış olmuşlar. 30 iyul 2010-cu il — Qəbələdə keçirilən ikinci Beynəlxalq musiqi festivalının açılışında çıxış etmişdir. UNESCO-nun Baş direktoru İrina Bokova UNESCO-nun “Qızıl Motsart” medalını Mehriban xanım Əliyevaya təqdim etmişdir. 27 sentyabr 2010-cu il — Moskvada kiçik yaşlı uşaqların tərbiyəsi və təhsil məsələlərinə həsr edilmiş "Millətlərin sərvətinin yaranması" mövzusunda Ümumdünya konfransının açılış mərasimində iştirak, təbrik çıxışı etmişdir. 14 dekabr 2010-cu il — UNESCO-nun Baş qərargahında təşkilatın yaradılmasının 65 illiyi ilə bağlı keçirilmiş yubiley mərasimində iştirak etmişdir. 19 aprel 2011-ci il — UNESCO-nun Baş qərargahında Azərbaycanın müstəqilliyinin 20-ci ildönümü münasibətilə "Azərbaycanın gənc istedadları" adlı möhtəşəm konsert proqramı təşkil olunmuşdur. Mehriban Əliyeva və təşkilatın Baş direktoru İrina Bokova konserti izləyənlər arasında olmuşlar. Konsertdən sonra Mehriban Əliyevanın adından ziyafət verilmişdir. Eyni zamanda, 2011-ci il aprelin 19-dan 29-dək UNESCO-nun Baş qərargahında Azərbaycan xalçalarının sərgisinın açılışında iştirak etmişdir. 12 sentyabr 2011-ci il — UNESCO-nun illik iclasında iştirak və çıxış etmişdir. UNESCO-nun Baş qərargahında, 11-ci illik toplantısı çərçivəsində Heydər Əliyev Fondunun Azərbaycanla bağlı nəşrləri təqdim olunmuşdur. 10 oktyabr 2011-ci il — Bakıda keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə birgə UNESCO-nun keçmiş Baş direktoru Koişiro Matsuura ilə görüşmüşlər. 26 oktyabr 2011-ci il — UNESCO-nun baş konfransının 36-cı sessiyası çərçivəsində təşkil olunan "UNESCO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolu nədən ibarətdir?" mövzusunda olan Liderlər Forumunda iştirak və çışış etmişdir. 27 oktyabr 2011-ci il — UNESCO-nun Baş Konfransının 36-cı sessiyası çərçivəsində Azərbaycan ilə UNESCO arasında Haitidə zəlzələdən sonra mədəniyyət sektorunun bərpa edilməsi ilə bağlı saziş imzalanmışdır. Mehriban xanım Əliyevanın təşəbbüsü ilə mədəni obyektlərin bərpası üçün 50 min ABŞ dolları məbləğində yardım göstərilmişdir. Yardım Haitinin Jakmel şəhərinin tarixi hissəsində yerləşən mədəni obyektlərin bərpasına sərf edilmişdir. 12 aprel 2012-ci il — Mehriban Əliyevanın təşəbbüsü ilə, Beynəlxalq humanitar fəaliyyəti çərçivəsində, Heydər Əliyev Fondu tərəfindən Benin dövlətinin paytaxtı Porto-Novoda yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün məktəbin fonduna 50 min avro məbləğində yardım olunmuşdur. 04 oktyabr 2012-ci il — Bakı Beynəlxalq Humanitar Forumda iştirak edən UNESCO-nun Baş Konfransının prezidenti Katalin Boqyayın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir. 16 oktyabr 2012-ci il — Parisdə UNESCO-nun xoşməramlı səfirlərinin illik hesabat toplantısında iştirak etmişdir. 24 oktyabr 2012-ci il — Heydər Əliyev Fondu tərəfindən UNESCO-nun "Yerli səviyyədə davamlı inkişaf naminə yaradıcı iqtisadiyyat" mövzulu 2012-ci il üzrə illik hesabatının hazırlanması və nəşr edilməsini təşkil etmişdi. 21 noyabr 2012-ci il — məşhur tenor Plaçido Dominqo UNESCO-nun Xoşməramlı səfiri təyin edilməsi ilə UNESCO-da, "Təhsil hamı üçün" Beynəlxalq Forumunda iştirak edən bir çox ölkələrin nazirlərinin iştirakı ilə, mühüm xeyriyyə tədbirinin keçirilməsində iştirak etmişdir. 18 iyul 2013-cü il — UNESCO-nun Baş qərargahında Azərbaycanın UNESCO-ya üzv olmasının 20 illik yubileyi ilə əlaqədar təntənəli tədbirdə iştirak etmişdir. Tədbir iştirakçılarına Azərbaycanda daş sənətinin tarixini əks etdirən kitablar paylanmışdır. "Azərbaycan hökuməti ilə UNESCO arasında təhsil, elm, mədəniyyət və kommunikasiya sahələrində əməkdaşlıq üzrə Çərçivə Sazişi" imzalanmışdır. 22 oktyabr 2013-cü il — UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun təşəbbüsü və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə böyük Azərbaycan mütəfəkkiri Seyid Yəhya Bakuviyə həsr edilmiş Beynəlxalq simpozium keçirilmişdir. Eyni zamanda, 2013-cü il oktyabrın 22-də UNESCO-nun Baş qərargahında Heydər Əliyev Fondunun və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə “Azərbaycan – tolerantlıq məkanı” adlı foto-sərginin açılışı olmuşdur. 29 may 2014-cü il — "Dünya elmində yeni çağırışlar: Gənc alimlərin birgə yanaşmaları" mövzusunda Beynəlxalq Bakı Forumunda iştirak etmək məqsədilə Bakıda səfərdə olan UNESCO-nun Baş Konfransının sədri Hao Pinq ilə görüşmüşdür.