Yunan və Danimarkalı Yevgeniya (; ) — Yunanıstan kralı I Georqun nəvəsi, Yunan şahzadəsi. 1990-cı ildə fransızca nəşr olunan və son çareviç Aleksey Nikolayeviç Romanovun həyatından bəhs edən Le Tsarevitch, Enfant Martyr əsərinin müəllifidir.

1910-cu ildə Parisdə doğuldu. Atası Şahzadə Georq Yunanıstan kralı I Georqun oğlu, anası isə yerli zadəganlardan Mariya Bonapart idi. 16 yaşında keçirdiyi plevrit səbəbilə, İsveçrənin Leysin şəhərində ağır bir müalicədən keçdi. 1933-cü ildə anasıyla birlikdə Avropa və Amerika qitəsində səyahətlər etdi. 30 may 1938-ci ildə Parisdə polyak zadəganı Dominik Rayner Radzivillə evləndi. Cütlüyün 2 övladı doğuldu.

Şahzadə Tatyana Radzivil (28 avqust 1939 - 19 dekabr 2025) Şahzadə Georq Radzivil (4 noyabr 1942 - 27 avqust 2001)

İkinci Dünya müharibəsinin başlaması və Vişi rejiminin qurulması səbəbilə ailəsiylə birlikdə Fransadan qaçdı. Cənubi Afrikaya sürgün edilən Şahzadə Yevgeniya 27 fevral 1946-cı ildə ərindən boşandı. 28 noyabr 1949-cu ildə italyan zadəganı Raymundo della Torre ilə evləndi. Cütlüyün bu nigahdan 1 oğlu doğulsa da, 1965-ci ildə boşandılar.

Şahzadə Karlo Alessandro della Torre (10 fevral 1952)

Son illərində altsheymer xəstəliyinə tutuldu və 13 fevral 1989-cu ildə Cenevrədə vəfat etdi. Cənazəsi İtaliyanın Friuli-Venesiya-Culiya əyalətində ikinci ərinin yanına dəfn olundu.

Mənbə

Ədəbiyyat

Royal Collection: Seating plan for the Ball Supper Room

İstinadlar Kateqoriya:Yunanıstanın qadın şahzadələri