thumb|upright=1.36|Yeni məscidin şadırvanı, Eminönü, İstanbul
Şadırvan (, , ) — adətən məscid həyətlərinin mərkəzində yerləşən, ətrafındakı kranlardan və mərkəzindəki çiləyicidən su axan, üstü günbəzlə örtülmüş dəstəmaz almaq üçün nəzərdə tutulmuş məkan. Bəzi hallarda şadırvanlar tək sıra formasında da düzülə bilər. Ümumiyyətlə, demək olar ki, hər məsciddə şadırvan mövcuddur.
Şadırvanlar fars mənşəlidir və pərdə və ya örtük ilə əvvəlcə hökmdarların çadırlarına və ya sarayların eyvanlarına qoyulurdular. Şadırvanın mərkəzində yerləşən hovuz estetik baxımdan işlənmiş günbəz örtüyü ilə örtülür və sütunlarla əhatə olunur. Altıguşəli və ya səkkizguşəli struktura malik olan şadırvanı əhatə edən saçaqların altında yerləşən kranlar və oturacaqlar daşdan və ya ağacdan hazırlanır. Böyük məscidlərdə şadırvanın yaxınlığında çox vaxt iri sərv ağacı əkilir. Şadırvan Osmanlı məscid memarlığının əsas elementlərindən biri olmaqla, oyma sənəti, xəttatlıq və mərmər işləmələri kimi incəsənət növləri ilə vəhdət təşkil edir.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Fəvvarələr Kateqoriya:Məscid memarlığı Kateqoriya:Su və İslam Kateqoriya:Osmanlı memarlığı