Əl-Burhan fi ülumil-Quran () — Zərkəşinin Quran elmləri haqqında əsəri.

Əsər Əsərin girişindəki məlumata görə, müəllifi bu əsəri onun dövründə quran elmləri haqqında əhatəli bir əsərin olmamasın ötrü qələmə almışdır. Əsərin anlaçılmasını asanlaşdırmaq üçün müəllif kitabı qırx yeddi hissəyə bölmüşdür. Zərkəşi əsərin ilk qırx beş hissəsini Quranın nazili, tərtibatı, cəmlənməsi, yazılması, qiraəti, təfsiri, icazı, nəsih və mənsuhu kimi Quran elmlərinin müxtəlif sahələri haqqındakı tarixi məlumatlara, yerdə qalan üç hissəni isə Quranın mətni və üslubu konteksində Ərəb dili və bəlağatı ilə əlaqəli məlumatlara həsr etmişdir.

Əsərin qələmə alınmasında 300-dab çox kitabdan (nəhiv, bəlağat, hədis və s.) bəhrələnilmişdir. Əsərin özünəməxsus təsnifi, zəngin mötəviyyatı və adlandırma tərtibatı olsa da, sistematiklik nöqtəyi-nəzərindən dağınıqdır. Əsərdə müəllif əvvəlcə toxunduğu mövzudakı məvhumları və daha sonra isə mövzuları ayələr, mərfu hədislər, səhabə və tabiin görüşləri çərçivəsində izah etməyə çalışmışdır.

Əsər müxtəlif tarix (2006, 2012 və s.) və yerlərdə (ər-Riyad, Qahirə və s.) nəşr edilmişdir.

Həmçinin bax

Sünni kitablarının siyahısı

İstinadlar