Qaradağ — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Qaradağ kənd inzibati ərazi dairəsində kənd. 24 iyun 2005-ci il tarixli 954-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə Gədəbəy rayonunun Qaradağ kəndi Arıqdam kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Qaradağ kənd inzibati ərazi dairəsi yaradılmışdır.
Toponimikası Yaşayış məntəqəsini 1927-ci ildə rayonun Aşağı Qumlu kəndindən köçüb gəlmiş ailələr salmışlar. Kənd yaxınlığındakı Qaradağ dağının adı ilə adlanmışdır.
Coğrafiyası və iqlimi Kənd dağlıq ərazidə yerləşir.
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 954 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
İstinadlar
Həmçinin bax
Kateqoriya:Gədəbəy rayonunun kəndləri