Çaldaş — Azərbaycan Respublikasının Gədəbəy rayonunun Çaldaş kənd inzibati ərazi dairəsində kənd.
Tarixi
Toponimikası Çaldaş kəndi dağətəyi ərazidədir. Yerli əhalinin verdiyi məlumata görə, yaşayış məntəqəsini Qazax r-nunun Birinci Şıxlı və İkinci Şıxlı kəndlərindən köçüb gəlmiş eyvazlılar nəslinin aşıqlı tirəsinə mənsub ailələr salmışlar. Kəndin ərazisində Böyükçal və Balaçal adlı iri boz daşlarla örtülü sahələr vardır. Kənd öz adını bu ərazinin adından almışdır. Oronim çal (boz rəng) və daş sözlərindən düzəlib, "boz dağlıq" mənasındadır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 1233 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
İqtisadiyyatı Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Xarici keçidlər Azərbaycan Respublikası Gədəbəy Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Gədəbəy rayonunun kəndləri