Abraham Kauli ( /ˈkuːli/;Alan Hager (ed.), The Age of Milton: An Encyclopedia of Major 17th-Century British and American Authors, ABC-CLIO, 2004, p. 89. ) — 1618-ci ilin sonlarında London şəhərində anadan olmuş ingilis şairi və esseisti. O, 1668-1721-ci illər arasında əsərlərinin 14 nüsxəsi nəşr olunmuş 17-ci əsrin aparıcı ingilis şairlərindən biri idi.Oxford Dictionary of National Biography "Abraham Cowley"
Erkən həyatı və karyerası
Kaulinin varlı bir londonlu olan atası, onun doğulmasından bir müddət əvvəl vəfat etmiş, dəftərxana ləvazimatları satıcısı idi. Anası tamamilə dindarlıqla əlaqəli əsərlərə bağlanmışdı, lakin təsadüfən onun otağında "Pəri Kraliçası"nın bir nüsxəsi var idi. Bu, oğlunun ən sevərək oxuduğu əsərə çevrildi və məktəbə göndərilməzdən əvvəl onu, artıq, iki dəfə oxumuşdu.
Hələ 1628-ci ildə, cəmi on yaşında ikən, altı sətirlik bənddə yazılmış epik bir roman olan "Piram və Fisbanın Tragik Tarixi"ni yazdı. Bu, təxəyyülün erkən inkişafının ən heyrətamiz bir xüsusiyyəti hesab olunur; yetkinlik çatışmazlığı ilə xarakterizə olunmur və çox yüksək səviyyəli konstruktiv xüsusiyyətlərə malikdir. İki il sonra Kouli daha bir və daha iddialı bir şeir yazdı, "Konstansiya və Filet"; təxminən bu dövrdə Vestminster Məktəbinə göndərildi. Vestminsterdə o, fövqəladə zehni erkən inkişaf və çox yönlülük nümayiş etdirdi, cəmi on üç yaşında ikən Lord Karltonun Dadlinin ölümü haqqında elegiya yazdı. Bu üç uzun şeir və bəzi daha kiçik şeirlər 1633-cü ildə toplandı və məktəbin direktoru Lambert Osbaldestona həsr olunmuş "Poetik Çiçəklər" adlı cilddə nəşr olundu və məktəb yoldaşlarının bir çox tərifli şeirləri ilə başladı.
İstinadlar
Xarici keçidlər
Works of Abraham Cowley at Archive.org (pdf download)
Essays by Abraham Cowley at Quotidiana.org Samuel Johnson elevates Cowley for "easy poetry"
Kateqoriya:1618-ci ildə doğulanlar Kateqoriya:İngiltərədə doğulanlar Kateqoriya:28 iyulda vəfat edənlər Kateqoriya:1667-ci ildə vəfat edənlər Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:İngiltərə şairləri Kateqoriya:XVII əsr şairləri Kateqoriya:İngilis şairlər Kateqoriya:Vestminster məktəbinin məzunları Kateqoriya:Triniti Kollecinin məzunları (Kembric) Kateqoriya:Vestminster abbatlığında dəfn olunanlar