Yelizavetpol quberniyasının gerbi — Yelizavetpol quberniyasının rəmzi. 21 may 1843-cü ildə təsdiq olunmuşdur. Müəllifi Boris Könedir.

Zəmin thumb|Елизаветпольский вокзал в 1891 году

3 yanvar 1804-cü ildə Pavel Sisianov Gəncəni hücumla ələ keçirmiş, Gəncə xanlığını Rusiya imperiyasının tabeliyinə tabe etmişdir. Şəhərin adı Rusiya imperatoru I Aleksandrın həyat yoldaşı Yelizaveta Alekseyevnanın şərəfinə Yelizavetpol olaraq dəyişdirilmişdir.Акты, собранные Кавказской археографической комиссией, т. II, ст. 1194, с. 597 14 may 1805-ci ildə Sisianov Rusiya imperatoru I Aleksandr adından Kürəkçay müqaviləsini imzalamışdır. Həmin müqaviləyə əsasən, Qarabağ xanlığı da Rusiyanın tərkibinə daxil edilmişdir. Öz mövqelərini itirmək istəməyən İranın cavab tədbirləri nəticəsində 1805-ci ildə Karyaginin Aşqəran rayonu istiqamətində yürüşü baş vermişdir. Rus ordusunun qələbələrini qeyd etmək məqsədilə Qarabulaq qəsəbəsinin adı Karyagino (indiki Füzuli şəhəri) olaraq dəyişdirilmişdir. Nəticədə xanlıqlar inzibati baxımdan vilayətlərə çevrilmişdir.

1818-ci ildə orta əsr Şəmkir qalasının yerində Annenfeld adlı alman koloniyası salınmışdır. Bir il sonra Yelizavetpolun yaxınlığında Yelenendorf adlı alman məskəni yaranmışdır. Kolonistlərin əsas məşğuliyyəti üzümçülük olmuşdur.Südabə Zeynaova. Azərbaycandakı Alman koloniyaları (1819–1941-ci illər) Bakı, 2002.

1826-cı ildə İran yenidən itirdiyi əraziləri geri qaytarmağa cəhd göstərmişdir. General Reutun dəstəsi Şuşanı müdafiə etdiyi dövrdə Abbas Mirzənin komandanlığı altında olan İran ordusu Yelizavetpola hücum etmiş, lakin qraf Paskeviçin rəhbərlik etdiyi rus ordusu tərəfindən məğlub edilmişdir.

20 oktyabr 1830-cu ildə hökumət tərəfindən "Zaqafqaziya vilayətləri" adlanan bölgələrə rus sektantlarının və dini ayrımçılarının köçürülməsi barədə ilk rəsmi qərar qəbul edilmişdir. 1831-ci ildə Yelizavetpol ətrafında duxobormənşəli rus kolonistlər məskunlaşmış, sonradan onlara molokanlar da qoşulmuşdur.

Yelizavetpol quberniyası 9 dekabr 1867-ci il tarixli "Qafqaz və Zaqafqaziya vilayətlərinin idarəçiliyinin yenidən təşkili haqqında" ali fərmanla yaradılmışdır.Полное собрание законов Российской империи. Собр. 2-е. Т. XLII. Ч. 2. Ст. 45259. Quberniyanın tərkibinə Tiflis quberniyasının Yelizavetpol qəzası, Bakı quberniyasının Nuxa və Şuşa qəzaları, eləcə də ləğv edilmiş Ordubad dairəsinin bir hissəsi daxil edilmişdir. Həmin fərmanla yanaşı, quberniya tərkibində Qazax və Zəngəzur qəzaları da təşkil olunmuşdur. 1873-cü ildə inzibati bölgünün yenidən aparılması nəticəsində quberniya daxilində üç yeni qəza — Ağdaş (Ərəş), Cəbrayıl və Cavanşir qəzaları yaradılmışdır.Мильман А. Ш. Политический строй Азербайджана в XIX — начале XX веков (административный аппарат и суд, формы и методы колониального управления). — Баку: , 1966. — С. 157.

Gerb

thumb|right|Xilaskar qan kilsəsinin fasadında əks olunmuş Yelizavetpol quberniyasının gerbi.

Yelizavetpol quberniyasının gerbi imperator II Aleksandr tərəfindən 5 iyul 1878-ci ildə təsdiq olunmuşdur. Onun müəllifi Boris Könedir.Барон Кёне Борис Васильевич // Список гражданским чинам первых трех классов. Исправлен по 1-е июня 1878 года. — С. 532–533

Gerbdə qara qalxanda qızıl sütun üzərində xəncər, xəncərin yanında iki gümüş Georgi xaçı təsvir olunmuşdur. Qalxan imperator tacı ilə tamamlanır və şəhər gerblərində işlədilən mavi rəngli Andreyev lenti – Rusiya imperiyasının ilk ordeni olan və Müqəddəs Apostol Andrey Pervozvannı adına təsis edilən ordenin taxıldığı lentin nümunəsi sarınmış qızılı palıd yarpaqları ilə əhatə olunmuşdur.Фон Винклер П. П. Гербы городов, губерний, областей и посадов Российской империи, внесенные в полное собрание законов с 1649 по 1900 год. Москва-1991.

Sonrası Gəncə şəhərinin üçüncü gerbi 2004-cü ildə Cavad xanın hakimiyyəti dövründə Gəncə xanlığının bayrağı olmuş qədim bayrağın simvolları əsasında bərpa olunmuşdur. Cavad xanın bayrağında əks olunmuş simvollar, xanın özünün də mənsub olduğu Ziyadoğlular nəslinin qədim dövrdən daşıdığı bayrağın simvolları idi.

İstinadlar

Kateqoriya:Gerblər Kateqoriya:Gəncə