Heimdall – Skandinaviya mifologiyasında tanrıların keşikçisi, Asqard dünyasının qoruyurlarından biri idi. O, göyqurşağı körpüsü Biföstü qoruyur və Raqnarök zamanı tanrıların son döyüşünü xəbər verən Gjallarhorn adlı buynuzun sahibidir. Mənbələrdə Heimdall həm gözətçi, həm nizamın və sərhəddin qoruyucusu kimi təmsil edilir. Heimdall german-skandinav mifologiyasının ən sirli və çətin tanrılarından biri hesab olunur.

Ailə əlaqələri Heimdallın mənşəyi müxtəlif mənbələrdə fərqli şəkillərdə təqdim olunur. Snorri Sturlusonun Proza Eddasında o, tanrı Odinin oğlu kimi göstərilir. Digər miflərdə isə onun doqquz ana tərəfindən dünyaya gətirildiyi qeyd olunur. Bu doqquz ananın dəniz dalğalarını simvolizə etdiyi ehtimal olunur.

Heimdall Himinbjörq adlı məkanda yaşayır və buradan Biföstün keşikçiliyini həyata keçirir.

Xüsusiyyətləri Mənbələrdə Heimdall fövqəladə müşahidə və eşitmə qabiliyyətinə malik varlıq kimi təsvir olunur. Belə ki o, çox uzağı görə bilir, otların böyüməsini və yunların uzanmasını eşidəcək qədər güclü eşitmə qabiliyyətinə malikdir, gecə-gündüz demədən keşik çəkir, buna görə də çox az yatır.

Bu xüsusiyyətlər ona kosmosun sərhədlərini və tanrılar dünyasına gedən keçidləri qorumaq imkanı verir.

Mifologiyada rolu Asqadın və Biföstün qoruyucusu

Heimdall tanrıların məkanı olan Asqada girişdə dayanır və nəhənglər də daxil olmaqla yad qüvvələrin gəlişinə qarşı daim ayıq-sayıqdır. O, düşmənlərə qarşı ilk xəbərdarlıq edən tanrı kimi qəbul olunur.

Raqnarök

Skandinaviya mifologiyasına görə, dünyanın son döyüşü Raqnarök zamanı Heimdall Gjallarhornu üfürəcək və bu səslə tanrılara son savaşın başladığını bildirəcək. Daha sonra o, tanrı Loki ilə döyüşəcək və mifə əsasən, bu qarşıdurma zamanı hər iki tərəf həlak olacaq.

Ədəbiyyat və populyar mədəniyyətdə Heimdall haqqında biliklər əsasən Poetik Edda, Proza Edda və digər erkən Skandinav poeziya mətnlərindən əldə olunur. O, 19–20-ci əsr Skandinaviya mifologiyası tədqiqatlarında geniş müzakirə edilmişdir.

Heimdall populyar mədəniyyətdə də yer almışdır. Heimdall person kimi Marvel Comicsdə görünmüşdür, bu rolu ingilis aktyoru İdris Elba canlandırmışdır.

Heimdall, həmçinin, Yupiter peyki olan Kallistodakı kraterin adıdır.

İstinadlar Kateqoriya:Odinin oğulları Kateqoriya:Öldürülmüş ilahlar