Nəsrəddin əl-Albani (; ) — albaniyalı hədis alimi.

Bioqrafiyası Şkoderdə anadan olub.

İslam alimi olan atasından Quran, sərf, nəhiv, bəlağat kimi elmləri öyrənib. Şamın tanınmış alimlərindən olan Məhəmməd Səid əl-Bürhanidən fiqh öyrənib, fəsix ərəbcə təhsili alıb. Məhəmməd Behcət əl-Baytara və Rəqib ət-Təbbaha tələbəlik edib.

Hədis sahəsi üzrə çoxsaylı tədqiqatlar həyata keçirib və əsərlər qələmə alıb. "Səhihüt-Tərğib vət-Tərhib", "Zəifüt-Tərğib vət-Tərhib", "Səhihu Sünənit-Tirmizi", "Səhihu Sünənin-Nəsai", "Müxtəsəru Səhihil-Buxari" onun qələmə aldığı əsərlərdən bəziləridir.

İbn Teymiyyə, İbn Qeyyim və Məhəmməd ibn Əbdülvəhhabın fikirlərinin ardıcılı olan Əl-Albani, 1999-cu ildə vəfat etmişdir.

Həmçinin bax

Vəhhabilik

İstinadlar

Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Müsəlman dini liderlər Kateqoriya:Sünni imamları Kateqoriya:XX əsr filosofları Kateqoriya:Vəhhabilər