Solipsizm sindromu — Bir şəxsin gerçəkliyin, gerçək olmadığı hissini yaşadığı psixoloji vəziyyət və hal. Uzun müddət təcrid olunma dövrləri, insanları bu vəziyyətə sala bilər. Xüsusilə, solipsizm sindromu, uzun müddət kosmosda yaşayan fərdlər üçün potensial narahatlıq olaraq müəyyən edilmişdir.
Ümumi məlumat
Solipsizm fəlsəfi tərifində yalnız bir şəxsin ağlına əmin olmağı ifadə edir. Solipsistik bir mövqedə olan bir şəxs yalnız öz ağlının və ya özünün mövcudluğuna əmin olduğunu düşünür. Bu, öz mövcudluq nəzəriyyəsinin və ya öz anlayışının bir hissəsidir. Solipsizm sindromu yaşayan şəxslər, gerçəkliyin "gerçək" olmadığını hiss edirlər, yəni onların öz ağlından xaric deyil. Sindrom, yalnızlıq, ayrılma və xarici dünyaya qarşı laqeydlik hissləri ilə xarakterizə olunur. Solipsizm sindromu hazırda "Amerikan Psixiatrik Assosiasiyası" tərəfindən psixiatrik bir xəstəlik olaraq tanınmır, baxmayaraq ki, depersonalizasiya-derealizasiya pozğunluğu ilə bənzərliklər göstərir və bu pozğunluq tanınır. Solipsizm sindromu, fəlsəfi bir mövqe olan və yalnız öz ağlı dışında heç bir şeyin mövcud olmadığı və ya mövcudluğunu bilinə bilməyən solipsizm ilə fərqlənir. Bu fəlsəfənin tərəfdarları solipsizm sindromundan əziyyət çəkməyə bilər və sindromdan əziyyət çəkənlər, mütləq solipsizmi bir intellektual məktəb kimi qəbul etmirlər.
İstinadlar
Xarici keçidlər NASA's Space Settlements: A Design Study Appendix A Is Reality Real? Help for Solipsism Syndrome sufferers
Kateqoriya:Psixopatoloji sindromlar Kateqoriya:Psixoloji vəziyyət Kateqoriya:Psixi pozuntular Kateqoriya:Anormal psixologiya Kateqoriya:Fəlsəfi anlayışlar