Argente dovşanı — Fransız nümayiş dovşanlarının ən qədim növlərindən biri.
Taksonomiya
"Britaniya Dovşan Şurası" (BRC) altı növü tanıyır: "Argente Bleu", "Argente Brun", "Argente Crème", "Argente de Champagne", "Argente Noir" və "Argente St Hubert". Amerika Dovşan Yetişdiriciləri Assosiasiyası (ARBA) isə "Champagne d'Argent", "Crème d'Argent" və "Argente Brun" növlərini tanıyır. Nadir bir növ olan "Argente Clair" isə hal-hazırda nə BRС, nə də ARBA tərəfindən tanınmır.
Təsvir
Doğulduqda Argente dovşanları tək rəngdə olur, yetkin rəngləri isə 6 həftədən 4 aya qədər müddətdə formalaşır. Argente dovşanları kiçik və zərif olub, yaxşı inkişaf etmiş arxa hissəyə və bir qədər qövs şəkilli arxaya malikdirlər. Onların cüssəli və ya incə olması arzuolunmaz xüsusiyyətlərdir. Geniş başlı və düz ön ayaqlı olan Argente dovşanları qısa və incə sümüklüdür. Yaxşı xasiyyətlərinə görə əla ev heyvanı hesab olunurlar.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Dovşanlar Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:Trua