Əbu Əbdürrəhman Abdullah ibn Əhməd ibn Məhəmməd ibn Hənbəl əş-Şeybani (; ) — Əhməd ibn Hənbəlin kiçik oğlu və tələbəsi.
Bioqrafiyası Hicri 213-cü (828) ildə Bağdadda doğulub. O, atası Əhməddən, Yəhya ibn Maindən, Əbu Bəkr ibn Əbu Şeybədən, Osman ibn Əbu Şeybədən, Əbu Heysəmə Züheyr ibn Hərbdən və Süfyan ibn Vəki ibn Cərrahdan dərslər almışdır.
Atası Əhməd, əsəri "əl-Müsnəd"i ilk növbədə xüsusi olaraq Abdullaha oxumuşdur. Abdullahdan hədis rəvayət edənlər Nəsai, Əbül-Qasım əl-Bəğavi, Məhamili, Əbu Əli əs-Səvvaf və Əbu Bəkr əl-Qətii kimi mühəddislərdir.
Mənbələrdə "Üstad oğlu üstad" deyə təriflənən Abdullahın hədis biliyini atası da təqdir etmişdir. Hətta bilmədiyi hədisləri onunla müzakirə etdiyi deyilmişdir. Belə ki, Nəsai və Darəqutni kimi iki hədis tənqidçisi də, Abdullahın "siqa" olduğunu söyləmişlər.
Atası Əhmədin fiqh, əqaid və əxlaqla bağlı görüşlərini tələbələr içində ən yaxşı cəmləyən də yenə Abdullah olmuşdur. Onun atası Əhməddən rəvayət etdiyi "Fəzailu Osman ibn Əffan", "Kitabüs-Sünnə" və "Müsnədül-Ənsar" dövrümüzə qədər gəlib çatmışdır. Onun digər əsərləri Zəvaidu Müsnəd" və "Zəvaidu Kitabiz-Zöhd"dür.
Abdullah, atası kimi 77 yaşında Bağdadda vəfat etmişdir. Ölüm tarixi hicri 290-cı (903) ildir.
Həmçinin bax
Saleh ibn Əhməd ibn Hənbəl
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Hədis alimləri Kateqoriya:Ravilər Kateqoriya:Hənbəlilər