Peşə etikası — hər hansı bir peşə ilə bağlı nəyin doğru, nəyin yanlış olduğunu müəyyən edən, həmin peşə üzrə davranış qaydaları (etik qaydalar) formalaşdıran, peşə üzvlərinin bu qaydalara əməl etməsini məcburi edən, əməl etməyənləri peşədən xaric edən və xidmət ideallarını mühafizə edən prinsiplər məcmusu. Bu mənada hər peşənin özünəməxsus etik prinsipləri mövcuddur.
Peşə etikası prinsiplərinin aşağıda göstərilən faydaları mövcuddur:
Peşədaş təzyiqi yaradaraq, peşə üzvlərini etik davranış göstərməyə təşviq edir. Peşə üzvlərinə doğru və ya yanlış hərəkətlər barədə daha ardıcıl və qətiyyətli rəhbərlik edir. Qeyri-müəyyən vəziyyətlərdə necə davranmaq lazım olduğunu göstərir. Rəhbər və ya işəgötürənlərin avtoritar gücünü nəzarət altında saxlayır və tənzimləyir. Təşkilatların sosial məsuliyyətlərini müəyyənləşdirir və bu istiqamətdə fəaliyyət göstərməyə həvəsləndirir. Təşkilatın və ya peşənin maraqlarının mühafizəsini təmin edir.
Peşə etikası həmişə bir qrupun məhsulu olmuşdur. Peşə etikası yalnız onu qrup müdafiə etdiyi müddətdə qüvvədə qala bilən, fərdlərə əmr edən, onları müəyyən şəkildə davranmağa məcbur edən, şəxsi meyllərinə məhdudiyyət qoyan və daha irəli getmələrinin qarşısını alan qaydalardan ibarətdir.
İstinadlar
Ədəbiyyat siyahısı
Values, morals, and ethics. Retrieved August 16, 2009, Joseph, J. (2007). Ethics in the Workplace. Retrieved August 16, 2009 Walker, Evelyn, and Perry Deane Young (1986). A Killing Cure. New York: H. Holt and Co. xiv, 338 p. N.B.: Explanatory subtitle on book's dust cover: One Woman's True Account of Sexual and Drug Abuse and Near Death at the Hands of Her Psychiatrist. Without ISBN
Kateqoriya:Peşə etikası Kateqoriya:Biznes etikası Kateqoriya:Sosial etika