Merapi vulkanı (Yavaca: ꦒꦸꦤꦸꦁꦩꦼꦫꦥꦶ, romanizasiya edilmiş: Gunung Měrapi, İndoneziya dilində: Gunung Merapi, lit. 'Od Dağı') — İndoneziyanın Mərkəzi Yava əyaləti və Cokyakarta Xüsusi Bölgəsi sərhədində yerləşən aktiv bir stratovulkanı.
Tarix
İndoneziyadakı ən aktiv vulkandır və 1548-ci ildən bəri müntəzəm olaraq püskürür. 2,4 milyon əhalisi olan Cokyakarta şəhərindən təxminən 28 km (17 mil) şimalda yerləşir. Dağın zirvəsindən tez-tez tüstü qalxdığı görünür və bir neçə püskürmə ölümə səbəb olmuşdur. Böyük bir partlayışdan gələn piroklastik axın 22 noyabr 1994-cü ildə, əsasən vulkanın qərbindəki Muntilan şəhərində 27 nəfərin ölümünə səbəb oldu. Kompas (Yogyakarta) President Soeharto Really Concern. Saturday, 26 November 1994. Cokyakarta zəlzələsindən qısa müddət əvvəl 2006-cı ildə başqa bir böyük püskürmə baş verdi. Merapinin məskunlaşmış ərazilər üçün yaratdığı təhlükələri nəzərə alaraq, böyük, dağıdıcı püskürmələr tarixi və sıx məskunlaşmış ərazilərə yaxınlığına görə xüsusi tədqiqata layiq hesab edilən Onilliyin Vulkanlarından biri olaraq təyin edilmişdir.
İstinadlar
Xarici keçidlər Double Disaster in Indonesia – 2010-cu ildə püskürmə və sunami haqqında video Scientific studies carried on at Merapi l'Atlas du Volcan Merapi, Indonésie/The atlas of Merapi volcano Mount Merapi on vnet
Kateqoriya:Əlifba sırasına görə vulkanlar Kateqoriya:İndoneziyadakı vulkanlar Kateqoriya:İndoneziyadakı stratovulkanlar Kateqoriya:Aktiv vulkanlar Kateqoriya:İndoneziya milli parkları Kateqoriya:Asiya dağları