Nikanor Pavloviç Tverdoxlebov (; ) — rus memar-mühəndis. Bakı şəhərinin memarı (1881-1884), Bakı quberniya memarı (1885-1892).

Həyatı və təhsili 1842-ci ildə anadan olub. 1859-cu ildə Kişinyov gimnaziyasını bitirdikdən sonra Sankt-Peterburq Mülki Mühəndislik Məktəbinə daxil olub və 1864-cü ildə "memar köməkçisi" adı və mülki xidmətin X sinfi rütbəsi ilə oranı bitirib.

Təhsildən sonra Vilna quberniya kilsə-tikinti komitəsinə Lida qəzasında kilsələrin inşasına nəzarətçi təyin olunub və orada beş daş kilsə inşa edib.

1868-ci ildə memar, 1872-ci ildə isə mühəndis-memar rütbəsi alıb.

1868-ci ildə, Bakı quberniya idarəsinin tikinti şöbəsinə iş icraçısı vəzifəsinə köçürülüb. 1872–1880-ci illərdə Şamaxıda üç sinifli məktəb, Astarada karantin-gömrük məntəqəsi və İranla sərhəddə daş sərhəd postları tikib. 1880-ci ildə Bakıda, Mixaylovskaya və Nikolayevskaya (indiki Əziz Əliyev və İstiqlaliyyət küçələri) küçələrinin kəsişməsində Kələntərov pasajını (indiki Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binası) inşa edib.

1881–1884-cü illərdə Bakı şəhərinin memarı vəzifəsini tutub. 1885-ci il 18 oktyabrda Bakı quberniya memarı təyin olunub.

1883–1890-cı illərdə, quberniyanın müxtəlif tikililəri ilə yanaşı, Bakının yağış suları kanalizasiyasını, küçələrin planlaşdırılması və çınqıllarla döşənməsini həyata keçirib. Həmçinin memar Tomişkonun layihəsi üzrə Bakı həbsxana qalasını inşa etdirib.

Layihələri Bakı Daş dükanlar – 1880 Kələntərov pasajı – 1880 Daş dükanlar – 1882 Buxar dəyirmanının yenidən qurulması – 1883 İkimərtəbəli yaşayış evi – 1883, İçərişəhər Birmərtəbəli yaşayış evi – 1883, İçərişəhər İkimərtəbəli yaşayış evləri – bir neçəsi İkimərtəbəli yaşayış evinin fasadı – 1884 Daş dükanlar – 1885 Buxar un dəyirmanı – 1885 İkimərtəbəli yaşayış evləri – 1885 Karvansaranın ikinci mərtəbəsinin artırılması – 1885, Bazarnaya küçəsi İkimərtəbəli yaşayış evi – 1887 Daş dükanlar – 1887, Krasnovodskaya küçəsi

İstinadlar