thumb|right|210px|Teleaktyor Ronald Reyqan televiziya şousunun aparıcısı kimi Ronald Reyqanın filmoqrafiyasına — 28 illik aktyorluq karyerası (1937-ci ildən 1965-ci ilə qədər) boyunca çəkildiyi filmlər və televiziya işləri daxildir. Onun radio, kino və televiziya sahəsində karyerası 33 il davam edib. Ronald Reyqan İkinci Dünya müharibəsi zamanı ABŞ Hərbi Hava Qüvvələrində xidmət edib və burada müxtəlif müharibə mövzulu filmlərin yaradılmasında iştirak edib. 1947–1959-cu illərdə altı dəfə ABŞ Kinoaktyorlar Gildiyasının prezidenti seçilib. 1950-ci illərin ortalarında Reyqan filmlərdə daha az rol ifa etməyə, televiziyada dah çox görünməyə başladı. Səkkiz il ərzində o, CBS, NBC və ABC kanallarında bir sıra proqramlarda iştirak və çıxış edib. 1957-ci ildə Qızıl Qlobus mükafatına layiq görülən Reyqanın şərəfinə 9 fevral 1960-cı ildə Hollivudun Şöhrət xiyabanında ulduz həkk edildi. 1965-ci ildə Reyqan aktyorluq karyerasını bitirərək siyasətə girişdi.
Radio və kino thumb|right|210px|Reyqan 1934–37-ci illərdə De-Moynda "WHO" radiosunda Ronald Reyqan karyerasına radio aparıcısı kimi başlayıb. 1932-ci ildə kolleci bitirdikdən sonra, iş tapmaq problemi ilə üzləşən Reyqan müvəqqəti qazancla dolanırdı. Bunun səbəbi "Böyük böhran" idi. Atasının əzilmiş avtomobilini borc götürərək, İllinoys ştatı, Dikson yaxınlığındakı şəhərlərdəki radio stansiyalarını gəzən Reyqanın şansı Ayova ştatının Davenport şəhərindəki kiçik radiostansiyalardan birində ona gülümsədi. Öncə Ayova Universitetinin "Ayova Yankis" futbol komandasının oyunlarını birdəfəlik radioda işıqlandıran gələcək aktyoru, daha sonra WOC (AM) radiostansiyasında diktor kimi daimi işə qəbul etdilər. Daha sonra, De-Moyn şəhərindəki WHO (AM) radiostansiyasına dəvət olunan Reyqan "Çikaqo Kabs" beysbol komandasının oyunlarını şərh edib. Çox vaxt Reyqan olmadığı oyunlardan "canlı reportajlar" aparmalı olurdu. Hadisələr haqqında məlumat ona teleqrafla ötürülürdü, pərəstişkarların gurultusu səs mühəndisinin köməkçisi tərəfindən verilirdi. Ronald həyatının irəliləyən dövrlərində "idman şərhçisi" kimi işlədiyi vaxtlarının həyatının ən yaxşı vaxtları olduğunu vurğulayıb.
1937-ci ildə "Çikaqo Kabs" ilə Kaliforniyaya səfər edən Reyqan ekran testi üçün sınaqdan keçərək, Warner Bros. ilə yeddi illik müqavilə imzaladı. Elə həmin il o, ilk kino təcrübəsi sayılan "Sevgi efirdədir" filmində rol alır. Bu rol onun imicini hələ uzun illər "yaxşı görünüşü olan, lakin bir o qədər də intellektual potensialı olmayan vicdanlı oğlan" kimi müəyyənləşdirdi. Aktyorun ən diqqət çəkən kino işi 1942-ci ildə çəkilmiş "Kinqs Rou" filmi hesab olunur. Film Oskar mükafatına namizəd olsa da, Ronaldın performansı hamı tərəfindən yüksək qiymətləndirilmədi. Bəzi kino tənqidçiləri bunun Reyqanın ən yaxşı filmi olduğunu qeyd etsələr də, New York Times-ın müxbiri Bosli Krazer bu rolu haqqında yüksək fikirdə deyildi.
Ronald "Kinqs Rou"nun onu ulduz etdiyinə inanırdı. Lakin o, uğurunu davam etdirə bilmədi, çünki filmin nümayişindən iki ay sonra gələcək prezident həqiqi hərbi xidmətə yollandı və bundan sonra heç vaxt belə bir film uğurunu təkrarlaya bilmədi.
Reyqan kino karyerası boyunca 54-dən çox bədii filmə çəkilib.Bunların əksəriyyəti kiçik auditoriyaya yönəlmiş aşağı büdcəli "B" kateqoriyalı filmlər olub. Reyqan sonrakı müsahibələrində: "Prodüserlər bu filmləri yaxşı təqdim və reklam etməyə çalışmırdılar, onları yalnız tez ərsəyə gətirməyə çalışırdılar". thumb|left|180px|Təxminən 1943-cü il kapitan Reyqan
Hərbi xidmətdə filmçəkmə işləri Radiostansiyada diktor kimi işləyərkən Reyqan, ABŞ ordusunda təkmilləşdirmə kursları almağa başladı. İlk dəfə 1935-ci il martın 18-də proqrama daxil olan Reyqan 1936-cı ilin dekabrına qədər 14 kurs keçib. 7 dekabr 1941-ci ildə Yaponiya İmperiyası silahlı qüvvələrinin Pörl-Harbora hücumundan sonra Reyqan aktyorluq karyerasını dayandıraraq, 19 aprel 1942-ci ildə orduya yazıldı. Görməsində problemləri səbəbindən, Reyqanın həqiqi hərbi xidmət üçün ilk cəhdi uğursuzluqla nəticələnsə də, yenidən müayinə zamanı hərbi xidmətə qismən uyğun olduğu müəyyən edildi və Ordu Nəqliyyat Komandanlığına zabit təyin edildi. O zaman "Warner Bros." şirkəti və hərbi rəhbərlik aviasiya haqqında film çəkməyi planlaşdırır və Reyqanın bu filmdə oynamasını istəyirdilər, buna görə də 15 may 1942-ci ildə o, ABŞ Ordusu Hərbi Hava Qüvvələrinə transfer olmaq üçün müraciət etdi. Transferi 9 iyun 1942-ci ildə təsdiqləndi.
Hərbi xidmətdə olduğu müddətdə Reyqan təkcə adyutant, kadr zabiti kimi fəaliyyət göstərməmiş, əsgərlərin cəbhə bölgəsinə yola salınması mərasimlərində, hərbi kreditlərinin açılmasında iştirak etmiş, həm də həmin illərin bəzi döyüş filmlərinin yaradılmasında iştirak etmişdir. Bunlar təbliğat, bədii və maarifləndirici filmlər idi ki, onların sırasına "Bu ordudur", "Allah və Vətən üçün" kimi musiqili komediyaları; "Hədəf:Tokio" kimi maarifləndirici filmlər daxil idi. Müharibənin sonuna qədər Ronald Reyqanın xidmət etdiyi bölmələr təxminən dörd yüzə yaxın film istehsal etmişdi. Reyqan 9 dekabr 1945-ci ildə həqiqi hərbi xidmətini başa vurdu.
ABŞ Kinoaktyorlar Gildiyası thumb|left|210px|thumbtime=2:13| "Sevgi efirdədir" (Love is on the Air) — film treyleri, 1937. thumb|right|210px|Reyqan 1938-ci ildə çəkilmiş "Bruklinli kovboy" filmində thumb|right|210px|"Qardaş siçovul" (Brother Rat) filmində (1938) thumb|right|210px|"Qaranlıq qələbə" (Dark Victory) filminin treylerinden skrinşot, 1939-cu il thumb|right|210px|"Qaranlıq qələbə" (Dark Victory) filminin treylerinden skrinşot, 1939-cu il thumb|210px|"Knut Rokne, əsl amerikalı" (Knute Rockne, All American), 1940-cı il thumb|right|210px|Ronald Reyqan və Errol Flinn "Santa-Feyə yol" filmində, 1940-cı il thumb|right|210px|Ronald Reyqan "Pis adam" (The Bad Man) filmində, 1941-ci il thumb|right|210px|thumbtime=1:36|"Kinqs Rou" filmi (Kings Row). Treyler, 1942-ci il thumbtime=1:03|thumb|right|210px|"Bu ordu" (1943) filmi (This is the Army), Ronald Reyqan və Coan Lesli, 1943-cü il thumbtime=50.2|thumb|right|210px|"Donanmanın cəhənnəm pişikləri" (Hellcats of the Navy), treyler, 1957, Ronald Reyqan və Nensi Devis thumb|right|210px|thumbtime=0:29|Ronald Reyqan "General Elektrik Teatrı"nın (General Electric Theater) proqramında, "Dürüst Adam"dan epizod, 1957-ci il thumb|right|210px|"Dik Pauelin şousu" (The Dick Powell Show) filminin premyerasında çəkilmiş şəkil, 1961-ci il Ronald Reyqan ilk dəfə 1941-ci ildə ABŞ Kinoaktyorlar Gildiyası direktorlar şurasına seçildi, 1946-cı ildə işdən çıxandan sonra da, Gildiyanın üçüncü vitse-prezidenti oldu. 1947-ci ildə təşkilatın daxilində maraqların toqquşması, İdarə Heyətinin altı üzvünün və prezidentin istefasına gətirib çıxardı. Reyqan xüsusi seçkidə SAG-ın prezidentliyinə namizədliyi irəli sürüldü və o, seçkidə qalib gəldi. Daha sonra, 1947-ci ildən 1952-ci ilə qədər ardıcıl beş il müddətinə SAG-ın prezidenti seçildi və yeddi illik fasilədən sonra, 1959-cu ildə altıncı dəfə yenidən seçildi. Reyqan gildiyaya mübahisələrlə yadda qalan çox çətin illərdə: Taft-Xartli qanununun qəbulu, HUAC (Qeyri-amerikan fəaliyyətləri Araşdırma Komissiyası) dinləmələri, Hollivudun qara siyahısı dövrü hadisələri, televiziyanın yaranması ilə əlaqədar film istehsalının azalması, çoxsaylı tətillər və s. rəhbərlik etmişdi. Gildiyanın prezidenti kimi Reyqan kino sənayesində kommunist təsiri ilə bağlı HUAC qarşısında ifadə verdi. O, kommunistlərin Hollivudu ələ keçirməyə çalışdığına əmin idi. 1940-cı illərin əvvəllərində FTB ilə T-10 ləqəbi altında məxfi agent kimi çalışmış Reyqan, hökumətə kommunizmə xidmət etdiyindən şübhələndiyi kino sənayesi işçilərinin adlarını vermişdi.
Nensi Reyqan hesab edirdi ki, HUAC (Qeyri-amerikan fəaliyyətləri Araşdırma Komissiyası) prezidenti vəzifəsində işləmək ərinin aktyorluq karyerasına uğur gətirmədi.
Televiziya 1950-ci illərdə Reyqan özünü televiziyada sınamaq qərarına gəldi. O, CBS-də həftəlik yayımlanan General Electric Theater proqramının aparıcılığına dəvət olundu. Səkkiz il ərzində o, bu televiziya proqramının 235 buraxılışına aparıcılıq edib. O, həmçinin CBS, NBC və ABC-də (American Broadcasting Company) bir çox serial və proqramlarda iştirak edib. Reyqanın peşəkar aktyor kimi son işi "Ölüm vadisi günləri" (Death Valley Days) (1964–65) televiziya serialı olub. 1965-ci ildə Ronald Reyqan aktyorluq karyerasını tamamilə siyasi karyeraya dəyişdi. 1966-cı ildə o, rəsmi olaraq Kaliforniya qubernatorluğuna namizəd oldu.
Çəkildiyi filmlərin siyahıları 1937-ci ildən 1965-ci ilə qədər olan dövrdə, buraxılış illəri və filmlərin növlərinə görə tərtib edilmişdir.
Filmoqrafiyası Cədvəllərdə çəkildiyi filmlərin adları orijinalda olduğu kimi də verilmişdir.
Rol aldığı bədii filmlər + İli Filmlərin adı Rolu Qeydlər 1937 Epizodik rol 1938 Səsləndirmə Radio diktoru Səsləndirmə Radio diktoru 1939 | | | style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="6" scope="row" | 1940
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="4" scope="row" | 1941
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="3" scope="row" | 1942
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="1" scope="row" | 1943
| style="text-align:center;" | |- ! scope="row" | 1944–1945 | | Hekayəçi | Qısametrajlı film | style="text-align:center;" | |- ! rowspan="3" scope="row" | 1947
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="5" scope="row" | 1949
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! scope="row" | 1950
| style="text-align:center;" | |- ! rowspan="3" scope="row" | 1951
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="3" scope="row" | 1952
| style="text-align:center;" |
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="2" scope="row" | 1953
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! rowspan="2" scope="row" | 1954
| style="text-align:center;" |
| style="text-align:center;" | |- ! scope="row" | 1955
| style="text-align:center;" | |- ! scope="row" | 1957
| style="text-align:center;" | |- ! scope="row" | 1961 | | Hekayəçi | | style="text-align:center;" | |- ! scope="row" | 1964 | ''
Sənədli və qısametrajlı filmlər + İli Filmlərin adı Rolu Qeydlər 1938 1939 Hekayəçi Qısametrajlı film 1940 "Ruh Karlos" Qısametrajlı film 1941 Ceyn Uayman ilə ifa 1942 Qısametrajlı film Hekayəçi Qısametrajlı film 1943 Leytenant Cimmi Sonders Qısametrajlı sənədli film Hekayəçi Qısametrajlı film Leytenant Ames 1945 Hekayəçi/Aparıcı Hekayəçi/Aparıcı Qısametrajlı film Hekayəçi/Aparıcı Hekayəçi/Aparıcı 1948 Hekayəçi/Aparıcı Hekayəçi/Aparıcı Hekayəçi/Aparıcı 1951 Hekayəçi/Aparıcı Qısametrajlı film 1963 Hekayəçi Sənədli film Hekayəçi/Aparıcı 1965 Hekayəçi/Aparıcı
Televiziyadakı çıxışları və şouları thumb|210px|Ronald Reyqanın ABŞ Kinoaktyorlar Gildiyasındakı çıxışı, 1947