Plestiodon obsoletusPlestiodon obsoletus, The Reptile Database (Böyük Düzənliklər skinki) — Şimali Amerikaya endemik olan bir kərtənkələ növü.
Təsvir
"Plestiodon obsoletus", genişbaşlı skink ilə birlikdə, "Plestiodon" cinsinin ən böyük skinklərindəndir. Bu kərtənkələnin burunundan tullana qədər olan uzunluğu 9-13 sm, ümumi uzunluğu isə (quyruq daxil olmaqla) təxminən 34 sm-ə qədər çata bilir. Bu kərtənkələnin rəngi açıq boz və ya bej rənglidir; belindəki pulcuqların kənarları qara və ya tünd qəhvəyi rəngdədir. Yan tərəfdəki pulcuqlar diaqonal şəkildə yerləşir. Qarın hissəsi sarı rəngdədir. Cavan fərdlər qara rəngdə olub, dodaqlarında və başlarında ağ ləkələr, quyruqlarında isə mavi və ya mavimtıl rəng olur.Collins, J.T. (1993). Amphibians and Reptiles in Kansas, Third Edition. University Press of Kansas. Lawrence, Kansas.
İstinadlar
Xarici keçidlər
Great Plains Skink, on Reptiles and Amphibians of Iowa
Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Əlifba sırasına görə heyvanlar Kateqoriya:1852-ci ildə təsvir edilən heyvanlar