DGSE (fransızca: Direction Générale de la Sécurité Extérieure — Xarici Təhlükəsizlik Ümumi İdarəsi) — Fransanın xarici kəşfiyyat xidməti və milli təhlükəsizlik orqanıdır. Əsas vəzifəsi Fransanın xarici təhlükəsizliyini təmin etmək və xarici təhlükələri izləməkdir.

Tarixi DGSE 1982-ci ildə yaradılıb, qurumun yaradılmasında məqsəd Fransanın beynəlxalq səviyyədə kəşfiyyat fəaliyyətlərini modernləşdirmək və daha effektiv idarə etmək olub.

DGSE-nin əsas funksiyaları aşağıdakılardır:

Xarici kəşfiyyat və informasiya toplama Xarici casusluq fəaliyyəti və əməliyyatları Terrorizmə qarşı mübarizə Xarici ölkələrdəki təhlükəsizlik və siyasi vəziyyəti izləmək Kibertəhlükəsizlik və kiberkəşfiyyat əməliyyatları

DGSE həmçinin Fransanın digər kəşfiyyat və təhlükəsizlik qurumları ilə, xüsusilə daxili təhlükəsizlik xidməti DGSI ilə əməkdaşlıq edir.

Rəhbərləri

Pierre Marion (17 iyun 1981 - 10 noyabr 1982) Pierre Lacoste (10 noyabr 1982 - 19 sentyabr 1985) René Imbot (20 sentyabr 1985 - 1 dekabr 1987) François Mermet (2 dekabr 1987-23 mart 1989) Claude Silberzahn (23 mart 1989 - 7 iyun 1993) Jacques Dewatre (7 iyun 1993 - 19 dekabr 1999) Jean-Claude Cousseran (19 dekabr 1999 - 24 iyul 2002) Pierre Brochand (24 iyul 2002 - 10 oktyabr 2008) Erard Corbin de Mangoux (10 oktyabr 2008 - 10 aprel 2013) Bernard Bajolet (10 aprel 2013 - 27 aprel 2017) Jean-Pierre Palasset ( müvəqqəti, 27 aprel 2017 - 26 iyun 2017) Bernard Émié (26 iyun 2017 - 8 yanvar 2024) Nicolas Lerner (9 yanvar 2024 - indiki zaman)

İstinadlar

Kateqoriya:1982-ci ildə yaradılmış təşkilatlar Kateqoriya:Fransa Silahlı Qüvvələri Kateqoriya:1982-ci ildə yaradılmış dövlət orqanları