Burqundiyalı Henri (; ) — Burqundiya hersoqu I Robertin nəvəsi, Portuqaliya qrafı.
Həyatı Təxminən 1066-cı ildə Dijonda dünyaya gəldi. Atası Burqundiya hersoqu I Robertin oğlu Cəsur Henridir. Əslən Fransa taxt-tacında əyləşən Kapetinqlərin bir qolu olan Burqundiya sülaləsinə mənsubdur. Gənclik illərində İberiya yarımadasındakı rekonkista əməliyyatları əsnasında bibisinin əri olan Kastiliya və Leon kralı VI Alfonsonun ordularında xidmət etdi. Ordudakı xidmətləri səbəbilə kral tərəfindən təltif edildi və onun nigahdan kənar qızlarından Tereza ilə evləndi. Cütlüyün bu nigahdan 4 övladı dünyaya gəldi.
Urraka (1095-1173) Sança (1097-1163) Tereza (1098) Afonso, Portuqaliya kralı
Toy hədiyyəsi olaraq cütlük Leon krallığının tabeliyindəki Portuqaliya qraflığına yüksəldi. 1096-1112-ci illərdə bölgənin idarəsini əlində tutdu. Yerli zadəganlarla münasibətləri möhkəmləndirdi və müsəlmanlarla mübarizədə fəal iştirak etdi. Onun dövründə Portuqaliya bölgəsi siyasi və hərbi baxımdan daha da gücləndi. 1 noyabr 1112-ci ildə ölümünün ardından xanımı naibə olaraq bölgənin idarəsini ələ aldı. Ancaq cütlüyün yeganə oğlu Afonso anasını devirərək hakimiyyətə gəldi və 1139-cu ildə ilk Portuqaliya kralı oldu.
Qalereya
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:Portuqaliya qrafları Kateqoriya:XII əsr Avropa hökmdarları Kateqoriya:XI əsr Avropa hökmdarları