Piyer Luici Farneze (; ) — Papa III Pavelin nigahdan kənar oğlu, 1-ci Parma hersoqu.
Həyatı 1503-cü ildə kardinal Alessandro Farneze və məşuqəsi Silviya Ruffininin ilk övladı olaraq Romada dünyaya gəldi. 1505-ci ildə papa II Yuli və 1513-cü ildə isə X Lev onu kardinalın rəsmi varisi olaraq təsdiqlədi. Atası tərəfindən Farneze mal-mülkünə varis olaraq seçilsə də, nigahdan kənar doğulması ömrünün sonunadək ona maneçilik törətdi. Zadəgan təbəqəsinə yüksəlməsi üçün güclü bir siyasi evlilik planlaşdırıldı. 1513-cü ildə Girolama Orsiniylə nişanlandı. Cütlüyün toy mərasimi isə 1519-cu ildə baş tutdu.
1520-ci ildə Müqəddəs Roma imperiyasının müttəfiqi Venesiya üçün muzdlu əsgər kimi çalışmağa başladı. Atasının Roma ilə sıx münasibətləri olmasına baxmayaraq, 1527-ci ildə Romanın yağmalanmasında iştirak etdi. Nəhayət, atası kardinal Alessandronun vasitəçiliyi ilə Romadakı zülmləri dayandırdı.
1528-ci ildə Apuliyada fransızlara qarşı vuruşdu və Manfredoniyanın müdafiəsində iştirak etdi. 1534-cü ildə atasının III Pavel adıyla papa seçilməsinin ardından Romaya getdi və burada təmtəraqlı mərasimlə qarşılandı. İlk iş olaraq 14 yaşlı oğlu və atasının adaşı olan Alessandro Farneze kardinal ünvanı aldı. 31 yanvar 1537-ci ildə Papa dövlətinin baş komandanı təyin edildi. left|thumb|283x283px|"Atası III Pavel tərəfindən hersoqluğa yüksəlməsi", rəssam Sebastiano Riççi 1685 Digər tərəfdən zəngin italyan feodal mülklərini sırayla ələ keçirən Piyer Luici 1537-ci ildə bütün bu mülkləri Kastro hersoqu adıyla birləşdirdi. 1538-ci ildə Müqəddəs Roma imperatoru V Karlın nigahdan kənar doğulan qızı dul Marqaritayla digər oğlu Ottavio Farnezeni evləndirdi. 1543-cü ildə oğlu Orazio Farnezeni Fransa kralı II Henrinin nigahdan kənar qızı Diana ilə evləndirdi. 1545-ci ildə digər oğlu Ranuççio hələ 15 yaşında kardinal təyin olundu. 1547-ci ildə yeganə qızı Vittoriyanı Urbino hersoqu II Qvidobaldo della Roverlə evləndirdi. Bütün bunlarla öz hakimiyyətini gücləndirdi.
1545-ci ildə atası III Pavel tərəfindən Parma və Piaçensa hersoqu ünvanına yüksəldi. Papa dövlətinin vassalı olaraq yaradılan bu hersoqluq illik 9 min qızıl dukat vergi verməyi öhdəliyinə götürdü.
Ancaq onun qəddarlığı və ağır vergiləri yerli əhalinin narazılığına səbəb oldu. Digər yandan V Karl Parma və Piaçensa mülklərini Milan hersoqluğuna birləşdirmək niyyətində idi. Nəhayət, Mantuya markizi II Françesko Qonzaqanın oğlu kondotyer Ferrant Qonzaqanın başçılıq etdiyi dəstə tərəfindən Piyer Luicini bıçaqlayaraq qətlə yetirdi. Cəsədi Piaçensadakı sarayın pəncərəsindən çölə asdılar.
Oğlunun öldürülmə xəbərini alan III Pavel dərhal komissiya topladı və Ferrant Qonzaqa cinayətlə mühakimə edildi. Nəvəsi Ottavio atasından qalan mülklərin varisi və Papa dövlətinin yeni qonfalonyeri seçildi. Piyer Luicinin cəsədi Romaya gətirildi və mərasimin ardından Piaçensada dəfn olundu. Məzar sonrakı illərdə xanımı tərəfindən Parmaya daşındı.
Övladları
Vittoriya Farneze Alessandro Farneze Ottavio Farneze Ranuççio Farneze Orazio Farneze
Mənbə
Ədəbiyyat
İstinadlar Kateqoriya:XVI əsr katolikləri Kateqoriya:İtaliyada LGBT tarixi Kateqoriya:Roma şəxsləri Kateqoriya:Şəxslər:Roma