Gymnothorax flavimarginatus (Sarı haşiyəli marena) — "Sarı kənarlı marena", "bəbir marenası" və "ləkəli marena" kimi də tanınan, 150 m (500 ft) dərinliyə qədər Hind-Sakit Okeanlarında tapılan Muraenidae fəsiləsinə aid bir marena növü.
Təsvir
Marena balıqları, soğanvari başlı, yuvarlaq burunlu və tədricən incələn quyruqlu uzun, nazik balıqlardır. Böyük ağızda alt çənədə kiçik sivri dişlərin tək sırası və ağızın tavanında bir neçə vomerin dişi var. Dorsal üzgəc, başın arxasından başlayaraq kürək boyunca quyruğun ətrafına qədər davamlı olaraq uzanır, burada kaudal və anal üzgəclər kimi davam edir. Sarı haşiyəli marena təxminən 240 sm (90 düym) maksimum uzunluğa qədər böyüyə bilər, lakin daha tipik uzunluq 80 sm (30 düym) olardı.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:1830-cu ildə təsvir edilən balıqlar Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Təhlükədə olmayan növlər