Vladimir Nikolayoviç Sosyura (; ) — Ukrayna-sovet şairi və tərcüməçisi, jurnalisti və hərbi müxbiri.

Sosyura 40-dan çox şeir toplusunun, geniş epik şeir əsərlərinin (poemaların), "Üçüncü Rota" romanının müəllifi olmuşdur. O dövrün bir sıra ədəbi təşkilatlarına — "Pluq", "Hart", "VAPLİTE" və başqalarına mənsub olmuşdur. İki dəfə "Lenin" ordeni ilə təltif edilmiş, "Stalin" mükafatı və Taras Şevçenko adına Ukrayna Milli mükafatının laureatıdır.

Həyatı Vladimir Nikolayoviç Sosyura tarixində Debaltsevo stansiyasında anadan olmuşdur. Buna baxmayaraq, bəzi məlumatlara görə, o, 1897-ci ildə (köhnə təqvimlə), digərlərinə görə isə 1901-ci ildə (Sosyuranın məzar daşında göstərilən tarix) anadan olmuşdur.

Atası Nikolay Vladimiroviç peşəkar çertyojçu idi və Vlodimirin özünün dediyinə görə, fransız köklərinə malik idi. Çoxşaxəli istedadlara malik olan atası müəllimlik etmiş, kənd vəkili kimi çalışmış, şaxtaçı olmuşdur. Sosyuranın anası Antonina Danilovna Lokotoş serbəsilli, Владимир Сосюра, Стихи и поэмы. М. 1958, От автора əslən Luqanskdan olan rəssam idi və ev təsərrüfatı ilə məşğul olurdu. Anasının əmisi oğlu, Ukrayna qızıl kazak komandiri İvan Semyonoviç Lokotoş Klimenti Yefremoviç Voroşilovun silahdaşı idi. Bu barədə Sosyura özü "Üçüncü Rota" romanının ön sözündə bəhs etmişdir. Lokotoş soyadlı digər qohumları, xüsusilə 1919-cu ildə Luqansk yaxınlığında həlak olan poruçik Mixail Lokotoş ağqvardiya birləşmələrində döyüşmüşdür.

Vlodimir Sosyura kənd məktəbini bitirmiş və Baxmut qəzasının Yamı stansiyasında kənd təsərrüfatı məktəbinə daxil olmuşdur. O, burada gələcək Sovet İttifaqı Marşalı Kirill Moskalenko ilə eyni vaxtda təhsil almışdır. 12 yaşından Donbass şaxtalarında işləmiş, Rusiyada vətəndaş müharibəsidə iştirak etmişdir. O, ilk başda Ukrayna Xalq Respublikası tərəfində, sonra Qızıl Ordu tərəfində vuruşmuşdur.А[ндрій?] Орел. "Куди воно ділось, звідкіля взялось…" / А. Орел // Свобода (Нью-Джерсі— Нью-Йорк).— № 104.— 3 червня 1964р.— С. 2. Müharibə bitdikdən sonra Xarkovda Kommunist Universitetində və Xarkov Xalq Təhsili İnstitutunun işçi fakültəsində təhsil almışdır. Bu dövrdə "Pluq", "Hart", VAPLİTE və VUSPP ədəbi təşkilatlarının iştirakçısı olmuşdur. 1932-ci ilin martında "təşkilatdan uzaqlaşma, sinfi düşmən fəaliyyəti və burjua deqenerasiyası" səbəbiylə VUSPP-dən xaric edilmişdir.К. С. Москаленко. На Юго-Западном направлении. 1943–1945. Воспоминания командарма. Книга II.— М.: Наука, 1973. стр. 626

1942–1944-cü illərdə Sosyura hərbi müxbir kimi fəaliyyət göstərmişdir. 1951-ci ildə "Pravda" qəzetindəki məqalədə 1944-cü ildə yazdığı "Ukraynanı sevin" şeiri səbəbiylə "burjua milliyyətçiliyi"ndə ittiham olunaraq tənqid hədəfinə çevrilmişdir.

8 yanvar 1965-ci ildə vəfat etmişdir. Kiyevdə Baykovo qəbiristanlığında dəfn olunmuşdur.Kyiv: Encyclopedic Reference / edited by A. V. Kudrytsky . — Kyiv : Main Edition of the Ukrainian Soviet Encyclopedia, 1981. — 736 p., ill.

Yaradıcılığı Onun ilk şeiri (rus dilində) 1917-ci ildə nəşr olunmuşdur. Eduard Baqritskinin təsiri ilə (onlar 1920-ci ildə Odessada tanış olmuşdular) ukraynca yaradıcılığa keçmişdir. Arxivlərdə Sosyuranın Ukrayna Xalq Respublikası Ordusunda olduğu dövrdə yazdığı, nəşr olunmamış ukraynaca şeirləri saxlanılmışdır, lakin ilk toplusu "Şeirlər" 1921-ci ildə nəşr edilmiş, ani şöhrəti isə inqilabi-romantik "Qırmızı qış" (1922) poeması gətirmişdi. Bi poema Ukrayna ərazisində vətəndaş müharibəsinin görkəmli poetik epos nümunəsi kimi qəbul edilir. Sosyura bu mövzuya həsr olunmuş bir çox digər əsərlər də yazmışdır. Burada intim, ictimai və ümumbəşəri motivlər üzvi şəkildə birləşir: "Şəhər" (1924), "Qarlar" (1925), "Qızıl şahinlər" (1927) və başqa toplular. Artıq ilk toplularında Sosyura öz dövrünün Ukrayna poeziyasında güclü lirik kimi özünü göstərmişdir. Sosyuranın lirikasını bəsləyən əsas mənbələr (xalq yaradıcılığı, Taras Şevçenko və daha sonrakı liriklər) onun poeziyasında klassik sadəlik, mahnılıq və romantik ruh yüksəkliyi ilə səciyyələnən orijinal üsluba çevrilmişdir.

Erkən yaradıcılıq dövründən başlayaraq Sosyuranın poeziyasında onun dövrünün ziddiyyətləri əks olunmuşdur. Onun əsərlərində 1920-ci illərin Ukrayna ziyalısı üçün tipik olan bolşevik inqilabına sədaqəti milli borc hissi ilə uzlaşdırmaq mümkünsüzlüyü təsvir edilmişdir: daxili parçalanmanı ("kommunar və milliyyətçi") əks etdirən "İki Volodka" (1930) poeması, nəşrdən dərhal sonra qadağan edilmiş "Ürək" (1931) toplusu. Qadağalara baxmayaraq, o dövrdə Sosyuranın yaradıcılığında Ukrayna milliyyətçiliyi motivi güclü şəkildə özünü göstərir (nəşr olunmamış "Maxno" poeması, yalnız fraqmentlərdə məlum olan "Mazepa", 1930).<ref name="canada">

1930-cu illərin əvvəllərində bu, 1920-ci ildən üzvü olduğu Ukrayna (bolşeviklər) Kommunist Partiyası rəhbərliyi ilə münasibətlərin kəskinləşməsinə səbəb olmuşdur. Bu, həmçinin o illərin faciəvi hadisələri Sosyuranı psixi tükənmə həddinə çatdırmışdır. 1930-cu illərdə Sosyura, tikinti mövzusu ("Dneproqes") ilə yanaşı, Sovet Ukraynasında az sayda şairdən biri kimi intim, sevgi lirikasını inkişaf etdirmişdir: "Qırmızı güllər" (1932), "Yeni şeirlər" (1937), "Sevirəm" (1939), "Leyləklər uçdu" (1940) və başqaları. İkinci Dünya müharibəsi illərində "Qanlı gurultu altında" (1942), "Qəzəb saatında" (1942), "Oleq Koşevoy" (1943) poeması və başqa toplular nəşr olunmuşdur. Müharibədən sonrakı dövrdə nəşr olunmuş toplularu arasında "Yaşıl dünya" (1949), "Bülbül uzaqları" (1956), "Heç kəs belə sevmədi" (1960) yer alır. Sosyuranın yaradıcılığında daha geniş epik əsərlər də mühüm yer tutur: "1871" (1923), "Dəmir yolu" (1924) poemaları, "Taras Tryasilo" (1926) şeir romanı, 1926–1930-cu, 1942-ci və 1959-cu illərdə fasilələrlə üzərində işlədiyi avtobioqrafik "Üçüncü Rota" romanı. Sosyuranın əsərlərinin toplu nəşrləri: "Şeirlər, 3 cilddə" (1929–1930), "Əsərlər, 3 cilddə" (1957–1958), "Əsərlər, 10 cilddə" (1970–1972).

Şəxsi həyatı Vladimir Sosyura üç dəfə evlənmişdir."У тата було два інфаркти"//Богдан Бондаренко, "Експрес", 8–15 січня 2015 року

Onun birinci evliliyi (1922-ci ildən) — qızıl kazak eskadronunun keçmiş siyasi rəhbəri, sonradan Xarkovda tələbə olan Vera Kasperovna Berzina ilə olmuşdur. Bu evlilikdən Sosyuranın iki oğlu olmuşdur. Sosyura ona "Rabfakovka" poemasını həsr etmişdir. Boşanmanın səbəbi ideoloji fikir ayrılıqları olmuşdur.

İkinci dəfə Sosyura 1931-ci ildə — Kiyevdə balet məktəbini bitirmiş və ondan 12 yaş kiçik olan Mariya Qavrilovna Danilova ilə evlənmişdir. 15 yanvar 1932-ci ildə onların Vladimir adlı oğlu doğulmuşdur. 1949-cu ilin noyabrında Mariya Sosyura dövlət sirrini açıqladığına görə həbs olunmuş (o, 1941-ci ildə Dövlət Təhlükəsizliyi Nazirliyi tərəfindən cəlb edilmişdi, lakin məxfilik öhdəliyini pozaraq bununla öyünməyə başlamışdı) və Qazaxıstana sürgün edilmişdir. 1956-cı ildə Mariyanın geri qayıtmasından sonra onlar Sosyuranın yenidən evlənmiş olduğu məlum olmuşdur, lakin Sosyura boşanmış və onlar yenidən rəsmi nikaha daxil olmuşdular.В. И. Подов. Любовь и слезы (Новое о Владимире Сосюре).— Лисичанск, 1995.

Mirası Vladimir Sosyuranın əslən olduğu Seversk şəhərində onun xatirəsinə memorial muzey fəaliyyət göstərir. Lisiçansk şəhərində Vladimir Sosyuraya abidə qoyulmuşdur. Vladimir Sosyuranın anadan olmasının 100 illiyinə həsr olunmuş Ukrayna Milli Bankının 2 qrivna nominal dəyərində xatirə sikkəsi buraxılmışdır. 1998-ci ildə Vladimir Sosyuranın təsviri ilə Ukrayna poçt markası buraxılmışdır.

Vladimir Sosyuranın həyatına və yaradıcılıq fəaliyyətinə həsr olunmuş: "Volodimir Sosyura" sənədli filmi (1971, rejissor Vadim Kislov), "Volodimir Sosyura" videofilmi (1993), həmçinin "Heç kəs belə sevmədi" sənədli filmi (2008, 1-ci və 2-ci hissələr) çəkilmişdir.

Jitomir şəhərində Vladimir Sosyura adına küçə var. 2007-ci ildə Ukrayna ədəbiyyatşünasları tərəfindən Vladimir Sosyuranın o vaxta qədər naməlum olan "Son döyüş" adlı şeiri 3 avqust 1919-cu il tarixli "Kənd icması" qəzetində tapılmışdır.http://www.day.kiev.ua/186103/

border|180pxborder|180px<small>Ukrayna Milli Bankının 2 qrivna nominallı xatirə sikkəsi.Onun anadan olmasının 100 illiyinə həsr olunmuşdur.<small>Vladimir Sosyuranın şərəfinə Ukrayna poçt markası,1998-ci ol

Təltif və mükafatlar "Stalin" mükafatı, birinci dərəcə (1948) — "Bağlar səslənsin" (1947) şeir toplusuna görə Taras Şevçenko adına Ukrayna SSR Dövlət mükafatı (1963) — "Günəşdəki qaranquşlar" (1960) və "Əmək ailəsinin xoşbəxtliyi" (1962) şeir toplularına görə İki dəfə "Lenin" ordeni (5 yanvar 1948-ci il; 24 noyabr 1960-cı il) "Qırmızı Bayraq" ordeni (13.9.1943) "Qırmızı əmək bayrağı" ordeni (4.1.1958) "Şərəf nişanı" ordeni (5.3.1939) Medallar

Əsərləri

Romanlar Третя Рота (1926–30; 1942; осінь 1959— весна 1960) Червоногвардієць (1937–40; şeir romanı) Сосюра В. Тарас Трясило: роман / Володимир Сосюра.— Харків: Держ. вид-во України, 1926.

Şeirlər Білі акації будуть цвісти Васильки Весняний сад Вода десь точить білий камінь Ганна Ганна Іванівна Гей, рум'яні мої небокраї Дніпрельстан До брата Іще не скресла крига на Дніпрі Зима Коли потяг у даль загуркоче (аудіофайл, голос В. Сосюри) Коли світало Люблю весну, та хто її не любить Любіть Україну (1944) Літо Марії Не скажу я ні слова Осінь Рибалка Солов'їні далі Степ Так ніхто не кохав Третя рота (Павлу Безпощадному) Учитель Хлопчик Хто в рідному краї тепло здобуває Шахти, терикони Я пам'ятаю Як я люблю тебе, мій краю вугляний Сосюра В. Крізь вітри і роки: поезії / Володимир Сосюра.— Рад. письменник, 1940.— 131 с. Сосюра В. Журавлі прилетіли: поезії / В. Сосюра.— Київ: Рад. письменник, 1940.— 174 с.

Poemalar 1917 рік (1921) Віра (1923) Вітчизна (1949) Володька (лютий 1943) Вчителька (1927) Галичанка (1931) ДПУ Заводянка (1927) Залізниця (1923–1924; beş poemadan ibarət epos) Золотий ведмедик (1923) Мазепа Махно Минуле (1930) Оксана (1922) Розгром Розстріляне безсмертя (1960) Студентка (1947) Червона зима Сосюра В. Червоногвардієць: поема / Володимир Сосюра.— Київ: Держ. літ. вид-во, 1940.— 144 с. Сосюра В. Син України: поема / Володимир Сосюра.— Спілка рад. письменників України, 1942.— 19 с. Сосюра В. Мій син: поема / Володимир Сосюра.— Київ ; Харків: Укр. держ. вид-во, 1944.— 40 с.

Mahnı sözləri Пісня про Якіра

İstinadlar

Əlavə ədəbiyyat Воловник С. [помилково вказано "Сергій Воловик"]. "Куєм нові щасливі дні…" // Вітчизна, 1984, № 2, с. 203–204. Доленґо О. Творчість В. Сосюри. X. 1931; Стебун І. Володимир Сосюра. К. 1948; зб. Володимиру Сосюрі. К. 1958; Бурляй Ю. Володимир Сосюра. Життя і творчість. К. 1959; Кудін О.В. Сосюра. К. 1959; Лавріненко Ю. Розстріляне відродження. Мюнхен 1959; Укр. письменники. Біо-бібліографічний словник, т. V. К. 1965; Радченко Ю.В. Сосюра, літ.-критичний нарис. К. 1967. Моренець В. Володимир Сосюра. К. 1990. Костюченко В. Біль аж до краю дороги… К. 2004. ДОЛЕ МОЯ ЧОРНО-БІЛА ІЗ КНИГИ СПОГАДІВ, Володимир СОСЮРА // № 21 (396) 8–14 червня 2002 "Чом мене не розстріляли у ЧК тоді?", Микола ПАЦАК// "Рабочее слово" № 6 (12 лютого 2010) Володимир Сосюра малим боявся кавунів, Віталій Жежера// Громадянин України, № 1 (109) 2008 Золото у кожного в душі.— Донецьк: Східний видавничий дім.— 2010. 296 с. Постаті. Нариси про видатних людей Донбасу.— Донецьк: Східний видавничий дім, 2011.— 216 с. Тризуб і червоний шлик: бойові дороги Володимира Сосюри Сосюра В. М. Третя Рота / Володимир Миколайович Сосюра.— К. : Радянський письменник, 1988 Сосюра В. М. Червона зима/ Володимир Миколайович Сосюра.— К. : Радянський письменник, 1976 Календар ювілейних та пам'ятних дат Донецької області. 2017 рік /Укл. В. І. Романько.— Слов'янськ: Вид-во "Друкарський двір", 2017.— 95 с. Доленґо М. Творчість В. Сосюри / М. Доленґо.— Харків: Літ. і мистецтво, 1931.— 95 с.— (Літературно-критична бібліотека журналу "Критика" ; № 2). Сосюра В. Юнь: поезії / Володимир Сосюра.— Харків: Держ. вид-во України, 1927.— 40 с. Сосюра В. Серце: поезії / Володимир Сосюра.— Харків ; Київ: Літ. і мистецтво, 1931.— 51 с.