2025–26 futbol üzrə Azərbaycan Kuboku — Azərbaycanda hər il keçirilən kubok yarışlarının 34-cü mövsümüdür. Turnirdə 34 komanda iştirak etmişdir. Yarış I təsnifat mərhələsindən başlamış, 1/4 final mərhələsinədək qalib bir oyunun nəticəsinə əsasən müəyyənləşmiş, 1/4 final və 1/2 final mərhələləri isə iki oyunlu sistemlə keçirilmişdir.

Turnirin final oyunu 13 may 2026-cı ildə Bakıdakı Palms Sports Arenada Sabah və Zirə komandaları arasında keçirilmişdir. Finalda 4-cü dəqiqədə Eren Aydının qolu ilə hesabda geri düşən “Sabah”, Patrik Mbinanın 70-ci və Coy-Lens Mikelsin 90+2-ci dəqiqədə vurduğu qollarla 2:1 hesablı qələbə qazanaraq ardıcıl ikinci dəfə Azərbaycan Kubokunun qalibi olmuşdur.

Bu qələbə ilə “Sabah” 2025/2026 mövsümündə həm Azərbaycan çempionluğunu, həm də Azərbaycan Kubokunu qazanaraq tarixində ilk dəfə “qızıl dubl” etmişdir.

Maraqlı faktlar Sabah Azərbaycan Kubokunu ardıcıl ikinci dəfə qazanmışdır. Finalda “Sabah” 4-cü dəqiqədə buraxdığı qoldan sonra geridönüş edərək 2:1 hesabı ilə qalib gəlmişdir. Qələbə qolunu 90+2-ci dəqiqədə Coy-Lens Mikels vurmuşdur. “Sabah” mövsümü həm ölkə çempionu, həm də kubok qalibi kimi tamamlayaraq tarixində ilk dəfə “qızıl dubl” etmişdir. Zirə tarixində üçüncü dəfə Azərbaycan Kubokunun finalına yüksəlsə də, yenə kuboku qazana bilməmişdir.

Komandalar Premyer Liqa (12)Birinci Liqa (10)İkinci Liqa (12) Araz-Naxçıvan PFK İmişli FK Kəpəz PFK Karvan FK Neftçi Bakı PFK Qarabağ FK Qəbələ FK Sabah FK Şamaxı FK Sumqayıt FK Turan Tovuz FK Zirə FK Baku Sportinq FK Cəbrayıl FK Difai FK Energetik Mingəçevir FK MOİK Bakı FK Səbail FK Şahdağ Qusar FK Şəfa FK Şimal FK Zaqatala PFK Ağdaş FK Araz Saatlı FK Dinamo (Bakı) Göygöl FK Kür-Araz (İmişli) Qaradağ Lökbatan FK Sheki City FK Şəmkir PFK Quba PFK Şirvan FK Ağstafa Gəncləri PFK Xankəndi FK

Sxem Nəticələr Peşəkar Futbol Liqasının kubok sxemi və təqviminə əsasən göstərilmişdir.

I təsnifat II təsnifat 1/8 final 1/4 final 1/2 final Final 1/2 final 1/4 final 1/8 final II təsnifat I təsnifat

Göygöl 1 Şəmkir 0

Şəki Siti 3 Araz Saatlı 2

Qaradağ Lökbatan 8 Ağdaş 0

Səbail 0 Şamaxı 1

Göygöl 0 Baku Sportinq 2

Karvan-Yevlax 3 Şəki Siti 1

Qaradağ Lökbatan 2 İmişli 3

Qəbələ 5 Mingəçevir 1

Cəbrayıl 0 Şəfa 3

Şamaxı 1 Baku Sportinq 0

Qarabağ 3 Karvan-Yevlax 0

İmişli 1 Sabah 2

Qəbələ 2 Şəfa 1

Şamaxı 3 Qarabağ 4

Sabah 3 Qəbələ 3 Penaltilər: 4–2

Qarabağ 3 Sabah 4

Sabah 2 Zirə 1

Turan Tovuz 0 Zirə 2

Turan Tovuz 3 Kəpəz 0

Sumqayıt 0 Zirə 2

Şahdağ Qusar 1 Turan Tovuz 2

Araz-Naxçıvan 0 Kəpəz 1

Difai 1 Sumqayıt 2

Zirə 1 Neftçi 0

Şimal 0 Şahdağ Qusar 2

Dinamo 0 Turan Tovuz 5

Kəpəz 6 Ağstafa Gəncləri 1

Xankəndi 1 Difai 2

Zaqatala 0 Sumqayıt 3

Neftçi 6 MOİK 2

Dinamo 3 Kür-Araz 2

Ağstafa Gəncləri 1 Şirvan 0

Quba 1 Xankəndi 2

Nəticələr Nəticələr Peşəkar Futbol Liqasının kubok təqvimi və oyun protokollarına əsasən göstərilmişdir.

I təsnifat

II təsnifat

1/8 final Tarix Ev sahibi Hesab Qonaq Qeyd 2 dekabr 2025 Şahdağ Qusar 1–2 Turan Tovuz 2 dekabr 2025 Zirə 1–0 Neftçi Əlavə vaxtdan sonra 3 dekabr 2025 Şamaxı 1–0 Baku Sportinq 3 dekabr 2025 İmişli 1–2 Sabah Əlavə vaxtdan sonra 3 dekabr 2025 Qarabağ 3–0 Karvan-Yevlax 4 dekabr 2025 Qəbələ 2–1 Şəfa 4 dekabr 2025 Araz-Naxçıvan 0–1 Kəpəz Əlavə vaxtdan sonra 4 dekabr 2025 Difai 1–2 Sumqayıt

1/4 final Komanda 1 Ümumi hesab Komanda 2 İlk oyun Cavab oyunu Şamaxı 3–4 Qarabağ 2–1 1–3 Sabah 3–3 Qəbələ 0–0 3–3Penaltilər: 4–2 Turan Tovuz 3–0 Kəpəz 1–0 2–0 Sumqayıt 0–2 Zirə 0–0 0–2

1/2 final Komanda 1 Ümumi hesab Komanda 2 İlk oyun Cavab oyunu Qarabağ 3–4 Sabah 2–2 1–2 Turan Tovuz 0–2 Zirə 0–2 0–0

Final Tarix Stadion Komanda 1 Hesab Komanda 2 13 may 2026 Palms Sports Arena Sabah 2–1 Zirə

İstinadlar

Kateqoriya:Azərbaycan Kuboku mövsümləri Kateqoriya:2025-ci ildə Azərbaycanda idman Kateqoriya:2026-cı ildə Azərbaycanda idman Kateqoriya:2025/2026 mövsümündə Azərbaycanda futbol