Spizaetus tyrannus — Həmçinin "tiran qartal-qırğı" kimi də tanınan, Mərkəzi Meksikadan başlayaraq Mərkəzi Amerikadan Braziliyanın cənubuna, Kolumbiya, şərqi Peru və hətta şimali Argentinaya qədər geniş bir ərazidə rast gəlinən qartal növü.

Təsvir Spizaetus tyrannusun uzunluğu 58-70 sm, çəkisi isə təxminən 900-1,300 qramdır. Onun qara lələkləri üzərində qanadlarında və bədənində müxtəlif naxışlar, həmçinin ağ ləkələr var. Qanadları zolaqlı və bir qədər ellips şəkilli, quyruğu isə uzun və dar olub, nadir hallarda açılır. Quyruğunda dörd boz zolaq və gözünün yuxarısında ağ xətt bu növ üçün xarakterikdir. Uçarkən qanadlarının enliliyi və qısalığı daha aydın görünür. Uçuş zamanı quyruq əsasən qapalı vəziyyətdə olur.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:1820-ci ildə təsvir edilən quşlar Kateqoriya:Təhlükədə olmayan növlər Kateqoriya:Qırmızı kitaba görə az qayğı tələb edən növlər Kateqoriya:Meksika quşları Kateqoriya:Cənubi Amerika quşları