Syaotsin (; mənası Kiçik Tsink; 'Kiçik Mavi' və ya 'Kiçik Yaşıl') — yaşılımtıl və ya mavimsi bir ilan ruhudur və Çinin "dörd böyük xalq nağılı"ndan biri olan "Ağ İlanın Əfsanəsi"nin əsas qəhrəmanlarından biridir.
Əfsanələr Syaotsin, beş yüz il ərzində Taoizmi öyrəndikdən sonra insan formasına çevrilən yaşıl bir ilandır. O, nağılın əsas qəhrəmanı olan ağ ilan Bay Suçjenin yaxın sirdaşı və ya and bacısıdır. Bay Suçjen ona tez-tez Qingmei (, mənası [Kiçik] Bacı Tsink) və ya Tsinker (, mənası Uşaq Tsink) deyə müraciət edir.
Fahai Bay Suçjeni Leyfen Paqodasının altına həbs etdikdən sonra Syaotsin onunla döyüşə bilməyəcək qədər zəif idi və məcburən Emei dağına çəkilərək yenidən Taoist təlimlərinə qayıtdı. On iki ildən sonra, nəhayət Samadhi Atəşini mənimsədi və Fahaidən intiqam almaq üçün geri döndü.Fahaidən qaçmağa heç bir yer qalmamışdı, çünki Samadhi Atəşində yanmaq təhlükəsi ilə üzləşmişdi. Çarəsiz qalan Fahai tələsik şəkildə bir xərçəngin qabığında gizləndi. Leyfen Paqodası dağıldı və Bay Suçjen azad edildi. Bundan sonra Bay Suçjen, Syaotsin, Syuy Syan və onların övladı birlikdə xoşbəxt bir həyat sürdülər.
Syaotsinin taleyi fərqli versiyalarda müxtəlif cür təsvir edilir. Bəzi versiyalarda Syaotsin və Bay Suçjen Leyfen Paqodasının içində birləşərək ölümsüz olurlar. Digər versiyalarda Syaotsin Syuy Syanla (və ya onun dostlarından biri ilə) evlənir və Syuy Julin adlı bir oğlu olur.Bəzən isə heç vaxt evlənmədiyi və özünü Taoizmin daxili alimi olan neidan təliminə həsr etdiyi deyilir. Hətta bəzən o, Bay Suçjeni satan və xəyanət edən hiyləgər bir obraz kimi təsvir olunur. Lakin demək olar ki, bütün versiyalarda Syaotsin sonda bir tanrıçaya çevrilir.
Əfsanənin başqa bir versiyasında illərlə gücünü artıran Syaotsin Cınşan Məbədinə gedərək Fahai ilə qarşılaşır və onu məğlub edir. Nəticədə, Bay Suçjen nəhayət Leyfen Paqodasından azad edilir və ailəsi ilə yenidən birləşir. Bu versiyada, Fahai məğlub olduqdan sonra bir xərçəngin mədəsində gizlənir. Çinlilər arasında xərçəngin iç piyinin narıncı rəngdə olması, onun Fahaidən qalan kasayasına (Buddist keşişlərinin geyimi) bənzədiyi üçün belə olduğuna dair bir inanc var.
İbadət Çinin Tyanjin şəhəri, Jikou bölgəsində yerləşən Ağ İlan Mağarası Bay Suçjen və Syaotsinin tanrıça kimi ibadət edildiyi yerdir. Əfsanəyə görə, Ağ İlan və Yaşıl İlan bu mağarada Taoizmi öyrənmişlər.
Təsiri 1993-cü ildə Lilian Li tərəfindən yazılmış "Yaşıl İlan" adlı roman əsasında çəkilmiş məşhur "Green Snake" filmi Syaotsini əsas obraz kimi göstərir. Bu film Ağ İlanın Əfsanəsinin fərqli hissəsini təqdim edir.
Qalereya
Həmçinin bax Ağ İlan əfsanəsi
İstinadlar
Kateqoriya:Qadın mifoloji varlıqlar