Tomiichi Murayama () – 1994-1996-cı illərdə Yaponiya Baş naziri vəzifəsində çalışmış yapon siyasətçisidir. O, 1948-ci ildə Tetsu Katayamadan sonra ölkənin ilk sosialist baş naziri idi. İkinci Dünya Müharibəsinin bitməsinin 50-ci ildönümündə Yaponiyanın keçmiş müstəmləkə müharibəsinə görə üzr istədiyi Murayama bəyanatı ilə yadda qalıb.
Murayama hazırda 2019-cu ildə Yasuhiro Nakasonenin ölümündən sonra Yaponiyanın yaşayan ən yaşlı baş naziridir.
İstinadlar
Kateqoriya:Yaponiya baş nazirləri Kateqoriya:Yaponiya uzunömürlüləri