İohaim-Fridrix Martin Yozef Merz (; ) — 6 may 2025-ci ildən etibarən Almaniya kansleri vəzifəsində çalışan alman siyasətçisi. O, 2022-ci ilin yanvarından Xristian Demokrat İttifaqının sədri, 2022-ci ilin fevralından 2025-ci ilin mayına qədər Bundestaqda müxalifət lideri qismində parlament fraksiyasına rəhbərlik etmişdir.
Merz Almaniyanın Şimali Reyn-Vestfaliya federal əyalətindəki Brilon şəhərində anadan olub. 1972-ci ildə o, "Almaniya Gənclər İttifaqı"na (Young Union) qoşulub. 1985-ci ildə, hüquq təhsilini başa vurduqdan sonra o, hakim və korporativ hüquqşünas kimi fəaliyyət göstərib. 1989-cu ildə Avropa Parlamentinə seçildikdən sonra bütün diqqətini siyasətə yönəldib.
1970-ci və 1980-ci illərdə gənc bir siyasətçi kimi Merz, Almaniya Federativ Respublikasında dominant siyasi doktrina və Xristian Demokrat İttifaqının təməl prinsiplərindən biri olan antikommunizmin qəti tərəfdarı idi.Conservative contenders vie to overturn Merkel's centrism O, "Daha çox kapitalizm" ("Mehr Kapitalismus wagen") adlı kitabında iqtisadi liberalizmi müdafiə edir. Bir müddət xidmət etdikdən sonra o, Bundestaqa seçildi və orada Xristian Demokrat İttifaqı daxilində maliyyə siyasəti üzrə aparıcı mütəxəssis kimi özünü təsdiqlədi. O, 2000-ci ildə, Angela Merkelin XDİ-nın sədri seçildiyi həmin ildə, parlament fraksiyasının sədri seçildi. O vaxt onlar birlikdə müxalifətə rəhbərlik edən partiyada liderlik uğrunda əsas rəqiblər idilər. "Der Männerbund"
2002-ci il Federal seçkilərindən sonra Merkel parlament fraksiyasının sədri vəzifəsini öz üzərinə götürdü, Merz isə fraksiya sədrinin müavini seçildi. 2004-cü ilin dekabrında o, bu vəzifədən istefa verdi və bununla da Merkel ilə illərdir davam edən hakimiyyət mübarizəsinə son qoydu,"Enthüllung: Wie Merkels und Merz' Feindschaft begann" və tədricən siyasətdən uzaqlaşaraq, diqqətini hüquq sahəsindəki karyerasına yönəltdi. O, 2009-cu ildə parlamenti tamamilə tərk etdi, lakin 2021-ci ildə yenidən parlamentə qayıtdı.
2004-cü ildə o, "Mayer Brown" şirkətində baş hüquq məsləhətçisi, bank və maliyyə sahələrində ixtisaslaşdı. O, bir sıra şirkətlərin idarə heyətində təmsil olunub. Korporativ hüquqşünas kimi fəaliyyəti və milyonlarla ölçülən sərvəti ilə yanaşı, Merz həm də lisenziyalı pilotdur."Ex-CDU-Star Friedrich Merz: Ganz unten"Hat Friedrich Merz wirklich zwei Flugzeuge?
2018-ci ildə o, siyasətə qayıtdığını elan etdi. 2021-ci ilin dekabrında XDİ-nın sədri seçildi və 2022-ci ilin yanvarında bu vəzifənin icrasına başladı.Die große Zeitenwende ist eine Chance für die CDU Daha əvvəl o, bu vəzifəyə iki dəfə, 2018-ci ildə və 2021-ci ilin yanvarında, uğursuz cəhd etmişdi.Delegierte wählen Laschet zum neuen Parteichef Germany: 3 candidates as Merkel’s party chooses new leader 2024-cü ilin sentyabrında, gələn il keçiriləcək Federal seçkilər ərəfəsində, o, Almaniya kansleri vəzifəsinə namizəd oldu.German exit polls: Clear win for Merz's centre-right CDU/CSUFriedrich Merz: Risk-taker who flirted with far right> Merz 2025-ci il mayın 6-da kansler seçildi.
Kansler kimi o, maliyyə intizamının və sərhəd təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş addımlar atıb. Xarici siyasət baxımından o, Avropa İttifaqının, NATO-nun və liberal beynəlxalq nizamın qəti tərəfdarıdır. O, özünü "əsl avropalı və dünyaya açıq olan bir alman" kimi təsvir edib.„Wir brauchen Aufbruch und Erneuerung, keinen Umsturz“ Merz daha sıx bir birlik və "Avropa ordusu"nun yaradılmasının tərəfdarıdır."Time to wake up: We are deeply concerned about the future of Europe and Germany". Donald Trampın ikinci prezidentlik müddəti başlamazdan əvvəl o, tez-tez "həddindən artıq Amerika yönümlü" siyasətçi kimi xarakterizə olunurdu.Friedrich Merz: Who is Germany’s election winner and how will he fare against AfD leader Alice Weidel? O, həmçinin keçmişdə Almaniya-Amerika dostluğunu gücləndirmək və atlantizmi təşviq etmək məqsədi daşıyan "Atlantik-Brücke" ("Atlantik Körpüsü") təşkilatına rəhbərlik etmişdir."Time to wake up: We are deeply concerned about the future of Europe and Germany"Rights Should Guide Welfare ‘Reform’ Debate in GermanyFriedrich Merz erreicht historisch geringste Zustimmung für einen Bundeskanzler Erkən həyatı və təhsili
İstinadlar
Kateqoriya:XXI əsr siyasətçiləri Kateqoriya:Bonn Universitetinin məzunları Kateqoriya:Almaniya hüquqşünasları Kateqoriya:Almaniya siyasi xadimləri Kateqoriya:Almaniya siyasətçiləri Kateqoriya:Almaniya siyasi partiyalarının üzvləri Kateqoriya:Vikipediya:Vikidatada mənbələri olan məqalələr Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Yaşayan insanlar Kateqoriya:1955-ci ildə doğulanlar Kateqoriya:11 noyabrda doğulanlar Kateqoriya:Vəzifədə olan dövlət rəhbərləri Kateqoriya:XX əsr hüquqşünasları Kateqoriya:XXI əsr hüquqşünasları Kateqoriya:Almaniya antikommunistləri