— fəaliyyətini Cənubi Koreyada davam etdirən Yaponiya müğənnisi; keçmiş model və səs aktrisası.
Teramoto 2006-cı ildə "Nicola" jurnalının təşkil etdiyi dinləmələrə qatılmış və oradan uğurla keçmişdir. O, sözügedən jurnal üçün 2009-cu ilə qədər modellik etmişdir. Onun aktrisa kimi imkanları daha geniş olmuş və o, kino sənətinə 2007-ci ildə "" manqası əsasında çəkilmiş eyniadlı film ilə öz möhürünü vurmuşdur. 2009-cu ildə özünü səs aktrisası kimi sınamaq qərarına gəlir. O, 2012-ci ilə qədər müxtəlif film və videooyunlarda fərqli obrazlar ifa edir. Onun "" animesindəki Rouge Clafoutis və "" videooyonundakı Kaname Nonomiya rolları izləyicilərində xüsusi rəğbət hissi oyandırıb.
O, 2012-ci ildə universitetdəki təhsili ilə əlaqədar olaraq karyerasına ara vermək qərarını verir. Bir müddətdən sonra 2016-cı ildə Cənubi Koreya istehsalı olan "" televiziya serialında çəkilir. Bütün bu işlərlə yanaşı o, həmçinin "Real Girls Project" adlı k-pop qrupuna da qoşulmuşdur. Karyerasını bu musiqi üslubunda davam etdirərək 2019-cu ildə "Neon" adlı sinqlını və eyni zamanda 2020-ci ildə "" adlı debüt albomunu təqdim etmişdir.
Diskoqrafiya Studiya albomları Soul Lady (2020) Time-Lapse (2023)
Səsləndirmə
Anime İl Başlıq Rol Qeydlər 2009 K-On! şagird 9-cu seriya 2010 Oreimo xidmətçi 2-ci seriya Kiddy Girl-and xidmətçi robot 13-cü seriya Seitokai Yakuindomo Çiri Nakazato köməkçi rol Night Raid 1931 əlavə səsləndirmə Chu-Bra!! Kocima Motto To Love-Ru Oku-çan Dog Days Roje Jlafoutis köməkçi rol Trip Trek Furuti
İstinadlar
Xarici keçidlər
Kateqoriya:Yaponiya səs aktrisaları Kateqoriya:Yaponiya fotomodelləri Kateqoriya:K-pop musiqiçiləri