Milli Vəhşi Təbiət Federasiyası () - ABŞ-ın ən böyük özəl, qeyri-kommersiya əsaslı təbiətin mühafizəsi və təhsil təşkilatı. Bu təşkilatın altı milyondan çox üzvü və tərəfdarı, eləcə də ümumilikdə 51 ştat və ərazi üzrə bağlı təşkilatları var (Puerto-Riko və Vircin adaları daxil olmaqla).

Tarix

10 mart 1934-cü ildə ABŞ-ın kənd təsərrüfatı naziri Henri Volles siyasi karikaturaçı Cey Norvud "Dinq" Derlinqi ABŞ Bioloji Tədqiqat Bürosunun rəhbəri təyin etdi."Darling Will Head Biological Survey: Named by Wallace to Lead Fight to Reestablish and Preserve Wild Life". The New York Times. March 11, 1934. p. S6. Derlinq dəfələrlə Konqresə müraciət edərək ölkə üzrə ətraf mühitin qorunması üçün maliyyə dəstəyi istədi. Lakin Konqres bu tələbləri təmin etmədi."Darling Talks At Wild Life Session Here 5-Day Rally Launched by 'Pep' Message From President". The Washington Post. February 4, 1936. p. 15. Vəhşi təbiətin qorunması üçün lazımi maliyyə vəsaitinin olmamasından məyus olan Derlinq 1935-ci ilin sonunda bu vəzifədən istefa verdi.

Derlinqin təşəbbüsü ilə ABŞ Prezidenti Franklin D. Ruzvelt Vaşinqtonda Şimali Amerika Vəhşi Təbiət Konfransı keçirdi. Konfransın məqsədi vəhşi təbiət resurslarının bərpası və qorunmasında maraqlı olan fərdləri, təşkilatları və dövlət qurumlarını bir araya gətirmək idi.Dillon, Graham (January 26, 1936). "American Wildlife Conference To Hold Meet Next Month At Washington". The Baltimore Sun. January 26, 1936. p. SP7. Bu konfrans 3–7 fevral 1936-cı il tarixlərində keçirildi və 1000-dən çox iştirakçı qatıldı.Wlidlife Experts Gather at Capital". The New York Times. February 2, 1936. p. 29."History of the NWF ". National Wildlife Federation. Konfransda ABŞ-ın bütün ştatlarından, eləcə də Kanada və Meksikadan nümayəndələr iştirak edirdi."1,000 Meet Today to Save Wild Life". The New York Times. February 3, 1936. p. 4.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

NWF Chief Naturalist Craig Tufts Memorial NWF Budget Summary at CharityNavigator.com