Sabina Alkire (; ) — amerikanlı akademik, feminist iqtisadiyyatın davamçısı, 2007-ci ildə təsis edilmiş Oksford Universitetinin Beynəlxalq İnkişaf Departamentinə bağlı iqtisadi tədqiqat mərkəzi olan Oksford Yoxsulluq və İnsan İnkişafı Təşəbbüsünün (OPHI) direktoru.Sabina İnsan İnkişafı və İmkanlar Assosiasiyasının üzvüdür. Alkire, İqtisadi Performans və Sosial İnkişafın Ölçülməsi Komissiyası,BMT-nin İnsan İnkişafı Proqramının İnsan İnkişafı Hesabatı Ofisi, Avropa Komissiyası və Böyük Britaniyanın Beynəlxalq İnkişaf Departamenti kimi təşkilatlarla əməkdaşlıq edir.

Alkire və OPHI üzvü iqtisadçı Ceyms Foster birlikdə çoxölçülü yoxsulluğun ölçülməsi üçün Alkire-Foster metodunu hazırlayıblar. Bu metod,"Dr Sabina Alkire". www.ox.ac.uk/news-and-events/find-an-expert/dr-sabina-alkire Retrieved 21 April 2019insanların hansı yoxsulluq səviyyəsində olduğunu müəyyənləşdirmək üçün onların yaşadıqları müxtəlif məhrumiyyətləri nəzərə alır və bu məlumatları cəmiyyətin yoxsulluğunu əks etdirəcək şəkildə birləşdirir. Alkire-Foster (AF) metodunun tətbiqi və icrası nəticəsində müəyyən göstəricilər əsasında əhalinin yoxsulluq səviyyəsini müəyyən edən Çoxölçülü Yoxsulluq İndeksi (MPI) yaradılıb.

Bioqrafiyası Qərbi Almaniyanın Göttingen şəhərində anadan olan Alkire, uşaq ikən ailəsi ilə birlikdə ABŞ-a köçmüşdür. Atası İllinoys Universitetində kimya mühəndisliyi üzrə müəllim kimi fəaliyyətə başladığı üçün ailəsi orada məskunlaşmışdır.Alkire eyni universitetdə təhsil alaraq 1989-cu ildə sosiologiya və tibbəqədər hazırlıq ixtisası üzrə bakalavr dərəcəsi alıb. Daha sonra İngiltərəyə köçərək Rodos təqaüdçüsü kimi Oksford Universitetində təhsilini davam etdirib və 1992-ci ildə İslam üzrə fərqlənmə diplomu ilə teologiya ixtisasını bitirib. 1994 və 1995-ci illərdə müvafiq olaraq xristian siyasi etikası üzrə magistr dərəcəsi (MPhil) və inkişaf iqtisadiyyatı üzrə elmlər magistri (MSc) dərəcələri almışdır.

Oksford Universitetində inkişaf iqtisadiyyatı üzrə elmlər magistri dissertasiyasını “Tam və ya Minimal Layiqli Həyat: Senin İmkanlar Yanaşmasının Yoxsulluq Ölçməsində Empirikləşdirilməsi” mövzusunda yazmış və bununla da universitetin Corc Vebb Medley Məzun Mükafatına layiq görülmüşdür. Daha sonra 1999-cu ildə Oksford Universitetinin Maqdalen Kollecində iqtisadiyyat üzrə doktorluq dərəcəsi almışdır. Onun Hindistanlı iqtisadçı və filosof Amartya Senin işlərini yoxsulluğun azaldılması tədbirlərində praktik şəkildə tətbiq etməyin mümkünlüyünü nümayiş etdirdiyi doktorluq dissertasiyası sonradan "Dəyərləndirilən Azadlıqlar: Senin İmkanlar Yanaşması və Yoxsulluğun Azaldılması" (2002) adlı monoqrafiya kimi nəşr edilmişdir.

1999-2001-ci illərdə Sabina Dünya Bankında Mədəniyyət və Yoxsulluq üzrə Tədqiqat-Öyrənmə Proqramının (PREM) koordinatoru olmuşdur. 2001-2003-cü illərdə isə İnsan Təhlükəsizliyi Komissiyasında tədqiqat yazarı kimi fəaliyyət göstərmişdir.2003-2013-cü illər arasında Harvard Universitetinin Harvard Qlobal Bərabərlik Təşəbbüsündə tədqiqatçı olmuşdur. Bu dövrdə İllinoys Universitetinin Din və Müasir Mədəniyyət üzrə Thulin Alimi mükafatını qazanmış və Foreign Policy jurnalının “2010-cu ilin 100 Qlobal Düşünürü” siyahısına daxil edilmişdir.

2015-2016-cı illərdə Vaşinqtonda Corc Vaşinqton Universitetinin Elliott Məktəbində Beynəlxalq Münasibətlər üzrə Oliver T. Karr, kiçik professor vəzifəsində çalışıb. Hazırda OPHI-nin direktoru, Oksford Universitetinin Beynəlxalq İnkişaf Departamentində dosent və Notr-Dam Universitetinin Kelloqq Beynəlxalq Araşdırmalar İnstitutunun fərqlənmiş tədqiqatçısıdır. OPHI direktoru kimi, Birləşmiş Millətlər Təşkilatının "Millətlərin Həqiqi Sərvəti" adlı İnsan İnkişafı Hesabatı kimi tədqiqat layihələrinə rəhbərlik etmişdir.

2020-ci ilin may ayında Sabina, yoxsulluğun dinamikası və nəticələri ilə bağlı anlayışları inkişaf etdirməyə verdiyi töhfələrə görə Boris Mints İnstitutu Mükafatı ilə təltif olunub. Onun tədqiqat maraqlarına çoxölçülü yoxsulluğun ölçülməsi və analizi, rifah iqtisadiyyatı, imkanlar yanaşması, feminist iqtisadiyyat, azadlıqların və insan inkişafının ölçülməsi daxildir.

Ruhani xidməti Sabina 2000-ci ildə ABŞ-da Episkopal Kilsəsində diaqon, 2002-ci ildə isə keşiş kimi ruhanilik üçün təqdis olunub. 2000-2003-cü illərdə Vaşinqtonda Müqəddəs Alban Episkopal Kilsəsi və Müqəddəs Filip Yevanqelist Episkopal Kilsəsində təmənnasız keşiş kimi xidmət edib. Daha sonra Boston şəhərində Müqəddəs Stefan Episkopal Kilsəsinə köçüb.

İngiltərəyə qayıtdıqdan sonra Oksford Universitetinin Maqdalen Kollecində fəxri keşiş və kapella əməkdaşı olub. 2008-2019-cu illərdə Oksford Yeparxiyasına bağlı Kouli Sent-Con keşişliyində təmənnasız ruhanilik etmiş və hazırda orada köməkçi keşiş kimi xidmətini davam etdirir.

Kitabları Hardback. Paperback. Reviewed by

İstinadlar

Xarici keçidlər

Profile: Sabina Alkire

Kateqoriya:Feminizm ilə əlaqəli insanlar