Kseroftalmiya (, "quru" + , "göz"), göz yaşı ifrazının pozulması nəticəsində gözün buynuz qişasının və konyunktivasının qurumasıdır. Kseroftalmiyanın səbəbi vitamin çatişmamazlığı, avitaminoz (adətən A vitamininin çatışmazlığı), traxoma (çapıq mərhələsi), gözün kimyəvi yanıqları, laqoftalm, konyunktiva difteriyası, pemfiqus ola bilər.thumb|Kseroftalmiya zamanı Bito ləkələri konyuktivanın kserozasından sonra əmələ gəlir.Kseroftalmiya Söqren sindromunun əlaməti ola bilər.

İnkişafı Kseroftalmiya konyunktivanın selikli vəzilərinin ölümü və buynuz qişasında kəskin metabolik pozğunluq nəticəsində inkişaf edir. Bu, konyonktivanın və buynuz qişasının epitelinin keratinləşməsinə, onun hüceyrələrinin rədd edilməsinə və birləşdirici toxumanın inkişafına səbəb olur. Xəstələrdə quruluq, yanma, gözdə yad cisim hissi, fotofobi və bulanıq görmə müşahidə olunur. Konyunktiva quruyur, tutqunlaşır, solğun ağ ləkələr (İskerski-Bito lövhələri) əmələ gəlir, buynuz qişası parıltısını itirir, bulanıqlaşır, qan damarları ilə dolur, görmə kəskinliyi tədricən azalır. Bu proses çox vaxt ikitərəfli olur, yavaş inkişaf edir.

Epidemiologiyası Kseroftalmiya adətən 9 yaşınadək uşaqlara təsir göstərir və inkişaf etməkdə olan ölkələrdə hər il 20.000–250.000 uşaqlarda korluğa səbəb olur. Xəstəlik Afrika, Asiya və Cənubi Amerikada xüsusi ilə geniş yayılmışdır və daha çox qida çatışmazlığından qaynaqlanır.

Ədəbiyyat

İstinadlar

Kateqoriya:Göz xəstəlikləri