Şəvnışt (; Gecə yığıncaqları) — 2006-cı ilin martından 2008-ci ilin martına qədər Bakıda nəşr olunan talışdilli qəzeti.
Tarixi 2005-ci ildə 10 illik mühacirətdən sonra Fəxrəddin Abbasov Azərbaycana qayıdıb və 2006-cı ildə qəzeti nəşr etdirməyə başlayıb. Qəzetin əsas məqsədi Azərbaycandakı talış xalqının sosial, iqtisadi, siyasi və mənəvi vəziyyətini əks etdirən məqalələr dərc etdirmək idi. Qəzetin səhifələrində həm talış dilinin inkişafına, həm talış xalqının tarixinə və mədəniyyətinə, həm də Azərbaycanda talış əhalisinin üzləşdiyi problemlərə geniş yer verilirdi. Qəzetdə çoxsaylı şeirlər, hekayələr və başqa nəsr nümunələri, eləcə də talış folkloru dərc olunurdu. Qəzet Kahin Əbilov və talış milli hərəkatının digər fəalları tərəfindən maliyyələşdirilirdi.
Qəzetin birinci nömrəsində talış dilində yazılar, milli öz müqəddəratını təyinetmə prinsipi haqqında məqalə, talış dilində şeir, talış milli hərəkatının 70 illik yubileyi münasibətilə təbrik dərc olunmuşdu.
Birinci nömrədən dərhal sonra müxtəlif yollarla qəzetin dərc olunmasının qarşısı alınmağa çalışılıb. Bu üsullardan biri də jurnalistlərin qorxudulması olub. Demək olar ki, bütün heyət hüquq-mühafizə orqanlarına aparılıb və dindirilib.
2007-ci ildə Azərbaycanda talış xadimlərinə qarşı təqiblər yenidən başlayıb. "Şəvnışt" qəzeti Novruzəli Məmmədovun istintaqının və məhkəməsinin gedişini işıqlandırıb, onun müdafiəsində iştirak edib.
Jurnalist Yana Amelina qeyd edib ki, qəzetdə Talış Milli Hərəkatının idarə heyətinin bəyanatı dərc edildiyi üçün baş redaktora qarşı xalq arasında etnik ədavətin qızışdırılması maddəsi ilə cinayət işi açılıb.
2008-ci il oktyabrın 11-də Fəxrəddin Abbaszadə Azərbaycanı tərk edib və "Şəvnışt" qəzeti bağlanıb. 2006-cı ilin martından 2008-ci ilin martına qədər qəzetin 14 nömrəsi işıq üzü görüb.А. Байрами. Справка об истории талышского печатного издания (талышский) // Толышон Садо. — 2012. — 25 февраль (№ 6 (018)). — С. 8. İstinadlar
Kateqoriya:Talış dilində qəzetlər Kateqoriya:Azərbaycan qəzetləri