Quti Ernandez (, ) – Quti adı ilə tanınan, İspaniyalı, peşəkar futbolçu. Hücumameyilli yarımmüdafiəçi kimi çıxış etmişdir. Hazırda isə furbol məşqçisi kimi fəaliyyət göstərir.

Quti karyerası ərzində, demək olar ki, yalnız Real Madrid klubunda oynayıb. O burada 542 rəsmi oyunda iştirak edib və uzun müddət komandanın vitse-kapitanı olub. Quti Real Madriddə 15 titul qazanmağa nail ola bilib, bunlardan ən mühümləri üç dəfə UEFA Çempionlar Liqası qalibi və beş dəfə La Liqa çempionu olmaqdır. O, Real Madriddən sonra peşəkar karyerasını Türkiyənin Beşiktaş PFK klubunda davam etdirib.

Quti, İspaniya milli komandası ilə 13 dəfə meydana çıxıb və 1999-cu ildə debüt edib.

Karyerası Real Madrid Torrexon de Ardozda anadan olan Quti, 1986-cı ildən etibarən Real Madridin futbol akademiyasında oynamağa başlayıb. Akademiyada oxuduğu müddətdə hücumçu kimi çıxış etsə də, sonradan mərkəzi yarımmüdafiəçi mövqeyinə keçib və karyerasının böyük bir hissəsini bu mövqedə oynayaraq keçirib. Real Madrid C-də ilk oyununu 2 dekabr 1995-ci il tarixində, Sevilya FK qarşı keçirib və həmin oyunda Real Madrid C, 4–1 hesablı ev qələbəsi qazanıb. Həmin mövsümü Quti komandanın heyətində 9 oyun keçirib və ümumilikdə mövsümü bir qol vurmaqla başa vurub.

İstinadlar

Kateqoriya:Beşiktaş PFK futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:İspaniya U-21 milli futbol komandasının oyunçuları Kateqoriya:UEFA Çempionlar Liqasının qalib futbolçuları Kateqoriya:Real Madrid FK futbolçuları Kateqoriya:Legioner İspaniya futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:Sequnda Divizionu B futbolçuları Kateqoriya:Türkiyə Super Liqası futbolçuları Kateqoriya:İspaniya ikinci futbol divizionunun məşqçiləri Kateqoriya:İspaniya futbol məşqçiləri Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Sequnda Divizionu futbolçuları Kateqoriya:Türkiyədə legioner futbolçular Kateqoriya:Futbol hücumçuları Kateqoriya:Kişi futbol yarımmüdafiəçiləri Kateqoriya:Real Madrid Kastilya FK futbolçuları