Əjdahanın doğulması — 2016-cı ildə Corc Nolfinin rejissorluğu və Kristofer Uilkinson və Stiven C.Rivelin yazdığı süjet xətti ilə çəkilmiş Amerika istehsalı olan döyüş sənəti döyüş filmi. Filmdə baş rolları Filip Van-lung, Xia Yu, Çzin Sin, Qu Jingjing, Ron Yuan və Billi Maqnussen canlandırmışdır. Maykl Dorqanın "Brüs Linin ən çətin döyüşü" adlı məqaləsi əsasında çəkilmiş film 1965-ci ildə San-Fransiskoda gənc döyüş sənətçisi olan Brüs Linin kunq-fu ustası Vonq Cek-Mana meydan oxuması və bu əsnada Brüs Li ətrafında cərəyan edən guya əsl olan hekayənin uydurma versiyasıdır.
Filmin əsas çəkilişləri 17 noyabr 2015-ci ildə Kanadanın Vankuver şəhərində başlamışdır. "Əjdahanın doğulması" filmi 2016-cı il Toronto Beynəlxalq Film Festivalında Xüsusi Təqdimatlar bölməsində nümayiş etdirilmək üçün seçilmiş və 25 avqust 2017-ci ildə OTL Releasing, BH Tilt və WWE Studios tərəfindən seçilmiş kinoteatrlarda nümayiş olunmuşdur. Film tənqidçilərdən mənfi rəylər almışdır.
İstinadlar
Xarici keçidlər
Kateqoriya:ABŞ-nin bioqrafik dram filmləri Kateqoriya:ABŞ-nin döyüş dram filmləri Kateqoriya:Vankuverdə çəkilən filmlər Kateqoriya:San-Fransisko haqqında filmlər Kateqoriya:Real hadisələr əsasında çəkilmiş dram filmləri Kateqoriya:1960-cı illər haqqında filmlər Kateqoriya:Blumhouse Productions filmləri Kateqoriya:2010-cu illərin ingilis dilli filmləri Kateqoriya:2010-cu illərin ABŞ filmləri
Kateqoriya:ABŞ-nin döyüş incəsənət filmləri Kateqoriya:2016-cı ilin ABŞ filmləri Kateqoriya:İngilis dilində bioqrafik dram filmləri Kateqoriya:Kaliforniya haqqında filmlər Kateqoriya:İngilis dilində döyüş dram filmləri Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması