Zaur Ramiz oğlu Şükürov () — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 44,5 % səslə 47 saylı Sumqayıt-Abşeron-Qaradağ Seçki Dairəsindən seçilmiş deputat, Bitərəf Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycanın Cənubi Afrika Respublikasındakı səfirliyinin Müvəqqəti işlər vəkili, diplomatik missiyanın rəhbəri.Müstəqillik Günü münasibətilə Pretoriya şəhərində rəsmi qəbul təşkil olunub

Həyatı və təhsili Zaur Şükürov 1971-ci il dekabrın 10-da anadan olub.1989-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetini və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.

Əmək fəaliyyəti 25 ilə yaxın diplomatik xidmətdə fəaliyyət göstərib. Bu dövr ərzində Azərbaycan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında müxtəlif vəzifələrdə – şöbə müdiri, idarə rəisinin müavini, idarə rəisi, nazirin köməkçisi kimi postlarda çalışıb.Z.Şükürov 2000-ci ilin yanvar ayından Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində fəaliyyətə başlamışdır. 2000-2017-ci illərdə Xarici İşlər Naziri Katibliyinin rəisi – nazirin köməkçisi, Nazirliyin Ümumi katibliyinin rəis müavini, rəisi, 2-ci Avropa darəsində şöbə müdiri, 1-ci Avropa idarəsində rəis müavini vəzifələrində çalışmışdır.Şirxan Aranlı.“Ağcabədi” (Ensiklopedik toplu)I nəşr.“Zərdabi Nəşr” MMC.Bakı,2021,912 səh.Səh.566 Eyni zamanda, Azərbaycanın Polşa, Belarus, Macarıstandakı səfirliklərində müşavir (missiya rəhbərinin müavini) olub.

Parlament fəaliyyəti Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının Parlamentlərarası Assambleyasında (AİPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Zaur Şükürov oktyabrın 17-də bu qurumun Baş Assambleyasının 45-ci sessiyasında iştirak etmək üçün Laos Xalq Demokratik Respublikasının Vyentyan şəhərinə səfər edib Milli Məclisin saytı. 2024-cü il oktyabrın 8-də Azərbaycan — Hindistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib. Diplomatik fəaliyyəti dövründə 2001-2003-cü illərdə Hollandiyanın “Clingendael” Beynəlxalq Münasibətlər İnstitutunda və Misir Xarici İşlər Nazirliyinin Diplomatik Akademiyasında diplomatik kurslarda iştirak etmişdir. Şirxan Aranlı.“Ağcabədi” (Ensiklopedik toplu)I nəşr.“Zərdabi Nəşr”MMC.Bakı,2021,912 səh.Səh.566

Müsahibələri Şotlandiya parlamentində təqdim olunan anti-Azərbaycan layihə əsassız ittihamlar üzərində qurulub Millət vəkili Zaur Şükürov və Millət vəkili Kamran Bayramov "Real İntervyu"dadırlarReal TV

Təltifləri "Dövlət qulluğunda fərqlənməyə görə" medalı (9 iyul 2019) “Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 90 illiyi” yubiley medalı

“Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illiyi ” yubiley medalı

İstinadlar

Xarici keçidlər Diplomatiyadan parlamentə… Zaur Şükürov: Vətənimizin haqq səsinin fəaliyyət göstərdiyim ölkələrin yerli ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl iş aparmışam — MÜSAHİBƏ Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı