Ramid Zakir oğlu Namazov () — 2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinin VII çağırış deputatlarının seçilməsi üçün keçirilən növbədənkənar parlament seçkilərində 50 saylı Abşeron üçüncü Seçki Dairəsindən seçilmiş deputat, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin sektor müdiri. Həyatı Ramid Namazov 2005-2024-cü illərdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələri şöbəsində müxtəlif vəzifələr tutub.
R.Namazov 2003-cü ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bakalavr, 2006-cı ildə isə magistr pilləsi üzrə bitirib. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında ikinci ali təhsil (2009) və Cons Hopkins Universitetində (2013) magistr təhsili alıb.
2016-cı ildə Namazov Ramid Zakir oğlu “Dövlət qulluğunda fərqlənməyə görə” və 2023-cü ildə Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif olunmuşdur.
2024-cü ilin oktyabrında Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri təyin olunub. Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının sədridir. Eyni zamanda, Azərbaycan-Keniya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəridir.
İstinadlar
Xarici keçidlər Diplomatiyadan parlamentə...