thumb|Vulvanın stimullaşdırılmasından eyakulyasiya prosesinə qədər olan müddət.

Qadınlarda eyakulyasiya və ya qadınlarda boşalma — çox vaxt sıx bir həzz hissi ilə müşayiət olunan, orqazm əsnasında parauretral kisənin zərbələr nəticəsində gözlə görünən miqdarda maye ifraz etməsi hadisəsidir. Qadın eyakulyasiyası fizioloji cəhətdən cinsi əlaqədən fərqli bir şeydir.Rubio-Casillas, A; Jannini (Dec 2011). «New insights from one case of female ejaculation». The Journal of Sexual Medicine. 8 (12): 3500-4.S1743-6095(15)3336-4 . PMID 21995650 Bu eyakulyasiya mayesi, Skin kisəsi kimi də adlandırılan parauretral kisələrdə əmələ gələn sulu mayedir.Block, Susan (27 February 2005). «All About Female Ejaculation». Counterpunch. Archived from the original on 23 March 2010. Retrieved 4 February 2010. Parauretral kisələr Bartonlin kisələri ilə qarışdırılmamalıdır. Bu kisələrə çox vaxt qadın prostatı da deyilir. Eyakulyasiya mayesi orqazm əsnasında sidik borusunun uc hissəsində olan çox kiçik dəliklərdən və sidik borusunun sağ və sol tərəflərində yerləşən kisələrdən ifraz olunur.

Qadınların eyakulyasiya prosesi haqqında olduqca az sayda tədqiqat işləri aparılmışdır. Elmi ictimaiyyət tərəfindən müştərək təriflərin və tədqiqat metodologiyasının qəbul edilməməsi, bu barədə empirik məlumatların olmamasının əsas səbəbidir. Bu sahədə aparılmış olan tədqiqat işləri yüksək səviyyədə seçilmiş iştirakçılardan, dar nümunəli tədqiqatlardan və ya çox kiçik nümunə ölçülərindən ziyan görmüş və nəticə etibarilə hələ də əhəmiyyətli nəticələr əldə edilməmişdir. Mayenin tərkibinə dair aparılmış tədqiqat işlərinin əksəriyyəti mayenin sidik və ya sidik əsaslı (mayenin tərkibinin sidiyin tərkibi ilə oxşarlığının müəyyənləşdirilməsi) olub-olmamasını müəyyən etməyə yönəlmişdir.Wimpissinger F., Stifter K., Grin W., Stackl W. (Sep 2007). The female prostate revisited: perineal ultrasound and biochemical studies of female ejaculate. J Sex Med 4 (5): 1388-93; discussion 1393. PMID 17634056.Zaviacic M. The Human Female Prostate: From Vestigial Skene’s Paraurethral Glands and Ducts to Woman’s Functional Prostate Slovak Academic Press, Bratislava 1999

Mayenin uretranın içindən və ətrafından, Skin vəzi (Skin kisəsi) tərəfindən ifraz olunub-olunmaması da müzakirə mövzusuna çevrilmişdir.Кратохвил C. (1994). Orgasmic expulsions in women. Cesk Psychiatr 90 (2): 71-7. PMID 8004685. Mayenin dəqiq mənbəyi və təbiəti tibb elminin mütəxəssisləri arasında mübahisə mövzusu olmağa davam edərkən və G nöqtəsinin mövcudluğuna dair şübhələr ilə əlaqədar olarkən, Skin vəzisinin mayenin mənbəyi olduğuna dair son dərəcə əhəmiyyətli sübutlar mövcuddur.Rabinerson D, Horowitz E (February 2007). G-spot and female ejaculation: fiction or reality?" (in Hebrew). Harefuah 146 (2): 145-7, 163. PMID 17352286. Bununla bərabər, qadın eyakulyasiyasının dəqiq əmələ gəlmə forması, üsulu hələ də, qeyri-müəyyən olaraq qalmağa davam edir.Zaviacic M. (May 1994). Sexual asphyxiophilia (Koczwarism) in women and the biological phenomenon of female ejaculation. Med. Hypotheses 42 (5): 318-22. PMID 7935074.Zaviacic M., Zaviacicová A., Komorník J., Mikulecký M., Holomán I. K. (1984). Circatrigintan (30 +/- 5 d) variations of the cellular component of female urethral expulsion fluid. A biometrical study. Int Urol Nephrol 16 (4): 311-8. PMID 6543558.Stifter K. F. (1988). Die dritte Dimension der Lust. Das Gehemnis der weiblichen Ejakulation. — Frankfurt am Main, Berlin: Ullstein, 224-8.

İstinadlar

Həmçinin bax

Eyakulyasiya

Xarici keçidlər

Female Ejaculation The Double Standard In the Bedroom by Eric Jackson, 2008/09/22 The-Clitoris.com: Female Ejaculation & The G-Spot: Instructions & diagrams from a feminist perspective. The History of Female Ejaculation Series by Mark Zedler, The Mysterious World of Female Ejaculation Electronic Journal of Human Sexuality: Urethral Expulsions During Sensual Arousal and Bladder Catheterization in Seven Human Females by Gary Schubach ("Female Ejaculation" Bibliography) An Annotated Bibliography on Sexual Arousal, Orgasm, and Female Ejaculation in Humans and Animals

Kateqoriya:Reproduktiv sistem Kateqoriya:Qadın və seksuallıq Kateqoriya:Orqazm Kateqoriya:Ginekologiya Kateqoriya:Bioloji mayelər Kateqoriya:İnsan seksuallığı Kateqoriya:Qadın sağlamlığı Kateqoriya:Məməli reproduktiv sistemi Kateqoriya:Feminizm və seksuallıq Kateqoriya:Eyakulyasiya Kateqoriya:Qadın reproduktiv sisteminin fiziologiyası