Pərvanə Vəliyeva (tam adı: Vəliyeva Pərvanə Bulut qızı; d. 18 yanvar 1990, Bakı) — Azərbaycan Milli Məclisinin VII çağırış deputatı; Milli Məclisin Beynəlxalq münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin, Səhiyyə Komitəsinin üzvü; Azərbaycan-Filippin parlamentlərarası dostluq qrupunun rəhbəri; Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs qrupunun üzvü; Avronest Parlament Assambleyasında nümayəndə heyətinin üzvü;
Həyatı Valideynləri 1988-ci ildə Qərbi Azərbaycanın Vedibasar rayonundan qaçqın düşmüş və Bakı şəhərində məskunlaşmışlar. Pərvanə Vəliyeva 18 yanvar 1990-cı ildə Bakı şəhərində anadan olmuşdur.
Ailəlidir, 3 övladı var.
Təhsili Ali məktəbə qəbul imtahanında 2007-ci ildə 667,50 bal toplayaraq, yüksək nəticə göstərdiyi üçün ona Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Prezident təqaüdü təyin edilmişdir.
2007–2011-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil almış, Menecment - Mühəndis iqtisadiyyatı və İdarəetməsi ixtisasına yiyələnmişdir.
2019-cu ildə Boloniya Universiteti və DAAD ilə birgə təşkil olunmuş "Avropa İttifaqı tədqiqatları" üzrə kursunu bitirmişdir.
2020-ci ildə Kanadanın York Universitetinin sosial tədqiqatlar üzrə, Ümumdünya Səhiyyə Təşkilatının Barselonada keçirilən ictimai səhiyyə kurslarını bitirmişdir.
2025-ci ildə Nyu York Dövlət Universitetinin "Qlobal Səhiyyə Diplomatiyası" 3 aylıq kursunu bitirmişdir.
Harvard Kennedi Məktəbinin "ABŞ siyasi institutları: Konqres, Prezidentlik institutu, Məhkəmələr və Bürokratiya" kursunu bitirib.
Fəaliyyəti 2011-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində istehsalat təcrübəsi keçmişdir.
2017-2020-ci illərdə icrasına rəhbərlik etdiyi layihələr ÜST və digər beynəlxalq qurumlar tərəfindən, region və dünya ölkələri arasında "Ən yaxşı layihə" nominasiyasına layiq görülmüşdür.
2020-2024-cü illərdə BMT, ATƏT, ÜST və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq təcrübəsinə malikdir.
2025-ci ildə BMT tərəfindən Qlobal Liderlik Akademiyasının (Global Changemakers Academy for Parliamentarians- GCAP) rəsmi üzvü kimi tanınıb.
2026-cı ilin yanvar ayında Qlobal Vərəm Koalisiyasının Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə növbəti 4 il üçün həmsədri seçilib.
COVID-19 pandemiyası dövründə, eləcə də sonrakı dövrdə əhalinin səhiyyə maarifləndirilməsi üzrə TV kanallarda, milli mediada əməkdaşlığa cəlb olunmuşdur.
İctimai fəaliyyəti 2016-cı ildən "Sağlamlığa Xidmət" İctimai birliyində müxtəlif layihələrin rəhbəri, 2020-2024-cü illərdə İcraçı direktor kimi fəaliyyət göstərir.
2016–2021-ci illərdə Şərqi Avropa və Mərkəzi Asiya ölkələrinin regional Vərəm proqramının ölkə üzrə koordinatoru kimi "İnsanların ehtiyaclarına yönəli, keyfiyyətli vərəm xidmətləri – dərmana davamlı vərəmin erkən aşkarlanması və müalicə nəticələrinin yaxşılaşdırılması istiqamətində yeni xidmət modeli" layihəsini icra edib.
2016–2020-ci illərdə İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Qlobal Fondun dəstəyi ilə Ədliyyə Nazirliyi Tibb Baş idarəsi və Səhiyyə Nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində icra olunan "Azadlığa buraxılan Vərəmli Xəstələrin Müalicələrinin Mülki Sektorda İzlənilməsi" layihəsinin icrasını koordinasiya edib. Nəticədə 850 nəfərdən çox vərəm xəstəliyinə düçar olmuş vətəndaşlarımıza və onların ailə üzvülərinə sosial dəstək göstərilib.
2019-cu ildə "İcbari tibbi sığorta üzrə maarifləndirmə" layihəsinə rəhbərlik edərək bir neçə rayonda və Bakı şəhərində kampaniyalar təşkil etmişdir.
2020-ci ildə "Vərəm və COVİD-19-la birgə mübarizə" layihəsinə rəhbərlik etmişdir. Layihə çərçivəsində İtaliya, Ukrayna, Moldova, Birləşmiş Krallıqdan olan QHT-lərlə əməkdaşlıq qurulmuşdur.
2020-ci ildə — 51, 2021-ci ildə — 52, 2022-ci ildə — 53-cü Ağciyər Xəstəlikləri üzrə Ümumdünya Konfransında (UNION), 2023-cü ildə Parisdə keçirilən eyniadlı konfransda Azərbaycanı təmsil etmişdir.
2021–2022-ci illərdə Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosu və onun tibbi araşdırmalar üzrə TDR qurumu ilə əməkdaşlıq çərçivəsində "Azərbaycanda COVID-19 pandemiyası zamanı əsas vərəm xidmətlərinin göstərilməsini yenidən gücləndirmək üçün maneələrin müəyyən edilməsi və aradan qaldırılması" adlı tədqiqat layihəsinə rəhbərlik etmişdir və bu barədə ÜST-nın qlobal vebsaytında onun adı dünya ölkələrindən seçilmiş cəmi 12 elm adamının siyahısında dərc edilmişdir.
2021–2023-cü illərdə Səhiyyə Nazirliyinin Beynəlxalq Proqramlar üzrə Ölkə Əlaqələndirmə Komissiyasının (ÖƏK) Nəzarət üzrə mütəxəssisi vəzifəsində çalışıb.
2021–2024-cü illərdə Vərəm əleyhinə Avropa Koalisiyasının İdarə Heyətinin üzvü olub. İdarə heyətinə keçirilən seçkilərdə Koalisiyaya Avropa və Mərkəzi Asiyadan üzv olan 50 ölkədən 250-dən çox ekspert səsvermədə iştirak etmiş, 13 ölkədən, o cümlədən Azərbaycandan vərəmlə mübarizə sahəsində fəal olan ekspert idarə heyətinə seçilmişdir.
8–9 may 2023-cü ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən BMT-in Mənzil Qərargahında keçirilən dinləmələrində iştirak etmişdir.QHT-in icraçı direktoru BMT-də Azərbaycanı təmsil edib. azertag.az, 11.05.2023
14–19 may 2023-cü il tarixlərində Tacikistanın Düşənbə şəhərində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya ölkələri QHT-lərinin Regional Forumunda təqdimatla çıxış etmişdir.
14–24 sentyabr 2023-cü il tarixlərində BMT-in Baş Assambleyasının 78-ci Sessiyası çərçivəsində 22 sentyabrda keçirilən "Yüksək Səviyyəli görüşdə" (UN HLM on TB) Ermənistanın dağ-mədən sənayesinin ekoloji və ictimai səhiyyə ilə bağlı fəsadları haqda çıxış etmişdir.
9–12 oktyabr 2023-cü il tarixlərində ATƏT-in Polşanın Varşava şəhərində keçirilən "İnsan Ölçüsü Konfransı"nda Qərbi Azərbaycan icmasının Qadınlar Şurasının üzvü olaraq təmsil olunmuşdur. 12 oktyabrda iştirakçı dövlətlərin, beynəlxalq təşkilatların və insan hüquqları sahəsində ixtisaslaşmış QHT-lər və mütəxəssislərin iştirakı ilə qaçqınların geri qayıdış hüququnun təmin edilməsi yönündə keçirilmiş yan tədbirdə moderator olmuş, ailəsinin qaçqınlıq hekayəsi barədə təqdimat etmişdir.
2023-cü ildə təsis edilmiş Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadlarına qarşı fəaliyyətə başlayan "Environmental Protection First" (EPF) Koalisiyasının həmtəsisçisidir."Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2024-cü il tarixli 4264 nömrəli Sərəncamı
2024-cü ildə Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2024-cü il tarixli Sərəncamı ilə COP29 Təşkilat Komitəsinin üzvü təyin olunmuşdur.""Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 13 yanvar tarixli 4264 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2024-cü il tarixli 20 nömrəli Sərəncamı
12–18 mart 2024-cü il tarixlərində BMT-in Cenevrə ofisində keçirilmiş İnsan Hüquqları üzrə 55-ci sessiyasında iştirak edərək müxtəlif mövzularda, o cümlədən, Qərbi Azərbaycanlıların qayıdış hüququ ilə bağlı çıxışlar etmişdir.Pərvanə Vəliyeva BMT-nin İnsan Hüquqları üzrə 55-ci sessiyasında Ermənistanın mina terrorundan danışıb . azertag.az, 16.03.2024
8–10 may 2024-cü il tarixlərində Keniyanın Nayrobi şəhərində keçirilmiş BMT-in 59-cu Vətəndaş Cəmiyyəti Konfransında "COP29 və vətəndaş cəmiyyətinin iqlim dəyişmələri ilə mübarizədə rolu" barədə təqdimatla çıxış etmişdir.
14–17 may 2024-cü il tarixlərində İtaliyanın Roma şəhərində keçirilmiş G7 ölkələrinin vətəndaş cəmiyyəti konfransında (Civil society 7 – C7) "COP29 və vətəndaş cəmiyyətinin inkluziv iştirakı" mövzusunda çıxış etmişdir.
3–9 iyun 2024-cü ildə Almaniyanın Bonn şəhərində keçirilmiş BMT-in İqlim Dəyişmələri üzrə Konfransı olan SB60-da iştirak etmişdir.
21 iyun 2024-cü ildə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "COP29-a aparan Yol" adlı Konfransı çərçivəsində Zəngilanda keçirilən tədbirində çıxış etmişdir.
27–30 iyun 2024-cü il tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş Vərəmlə mübarizə üzrə regional konfransda Azərbaycanı təmsil etmişdir.
18–20 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilmiş BMT-in İtki və Zərər Fondunun 3-cü idarə heyəti iclasında Fondun müşahidəçisi qismində UNFCCC Katibliyinin xüsusi dəvəti ilə iştirak etmişdir.
Xarici jurnallarda çap olunmuş bir neçə məqalənin müəllifidir.
Siyasi fəaliyyəti Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan parlamentinə 2024-cü ildə keçirilmiş növbədənkənar seçkilərdə YAP tərəfindən namizədliyi irəli sürülmüşYAP tərəfindən deputatlığa namizədliyi irəli sürülmüş şəxslərin adları açıqlanıb . azertag.az, 17.07.2024 və 35 saylı Xətai üçüncü seçki dairəsindən namizəd olaraq, VII çağırış deputatı seçilmişdir.
2024-cü il oktyabrın 8-də Azərbaycan - Filippin parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.
Qeydlər
İstinadlar
Xarici keçidlər Azərbaycan Milli Məclisinin rəsmi veb-saytında Pərvanə Vəliyevanın səhifəsi
Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:Yeni Azərbaycan Partiyasının üzvləri Kateqoriya:Azərbaycan aktivistləri