Zazalı — Azərbaycan Respublikasının Samux rayonunun Zazalı kənd inzibati ərazi dairəsində kənd.
Toponimikası Tarixi sənədlərdə kəndin 1828-ci ildən sonra salındığı göstərilir. Yaşayış məntəqəsi Zaqafqaziya d.y. xəttinin çəkilişindən (1883) sonra inkişaf etməyə başlamışdır. Kənddə xəlfəli tayfasına mənsub ailələr məskunlaşmışlar. Bəzi tədqiqatçılar oykonimi zaza tayfasmın adı ilə əlaqələndirirlər. Zazaların orta əsrlərdə İranda və Türkiyənin Siverek mahalında yaşamaları qeydə alınmışdır. Amma kəndin etnik mənzərəsi göstərir ki, kənd əhalisi qarapapaq (tərəkəmə) türklərindən ibarətdir. Qarapapaq türkləri isə Oğuz-Səlcuq axınları zamanı XI əsrdə Azərbaycana Mərkəzi Asiyadan gələn türk xalqıdır. Demək kənd adı İrandilli yox, türkdilli toponimdir. Araşdırmalar göstərir ki, kənd əhalisi xalis türklərdən ibarətdir. Qədim türk dillərində zaza "qamışlıq", "bataqlıq" mənalarında işlənmişdir. Güman etmək olar ki, oykonim ərazinin keçmişdə bataqlıq və qamışlıq olması ilə bağlı yaranmışdır.
Coğrafiyası və iqlimi Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Əhalisi Əhalisinin sayı 617 nəfərdir.Azərbaycan Respublikası əhalisinin siyahıyaalınması 2009-cu il. I cild. Bakı - 2010.Гиясаддин Гейбуллаев, (1986), Топонимия Азербайджана. С. 102
İstinadlar
Həmçinin bax
Kateqoriya:Samux rayonunun kəndləri